“Azəri şahzadəsi” İstanbulda

 

Türkiyə qəzetlərinə  müsahibəsində "Musiqi mənim həyatımın günəşidir" deyən cazın "Azəri şahzadəsi" Əzizə Mustafazadə yenidən İstanbul musiqisevərlərinin qəlbini fəth etmişdir.

Tanınmış pianoçu və caz müğənnisi İstanbulun Lütfi Kırdar sarayının Anadolu salonunda tamaşaçılara "Təzadlar" adlanan son albomundakı əsərləri təqdim etmişdir. Əzizə Mustafazədənin bundan əvvəl Cəmil Topuzlu teatrında və Camal Rəşid bəy konsert salonunda verdiyi konsertlər də musiqisevərlərin böyük marağına səbəb olmuşdu.

Konsertdə Əzizə Mustafazadə Ravel, Rimski-Korsakov və Şuman kimi görkəmli bəstəkarların klassik əsərlərini böyük məharətlə cazın ecazkar çalarları ilə ifa etmişdir.

Əzizə Mustafazadə iyulda məşhur musiqiçi Bob Makferrin ilə birgə Almaniyada konsert verəcəkdir.

 

Səs.- 2007.- 28 fevral.- S. 16.