Xatun
“Bəri bax “ “Qaya “ya
çevrilir
1960-70-cı illər
estradacaz musiqisinin on layiqli təmsilçilərindən
olaıı məşhur "Qaya" kvartetino ycni
nəfəs verilə bilər. Möhtəşəm
dördlüyün ilkin tərkibinin üzvləri yenidən
bir araya toplaşmayacaqlar 11
ildən bəri "Qaya"nm yetirməsi kimi fəaliyyət
göstərən "Bəri bax" qrupu bundan sonra "Qaya"
adı altında səhnəyə çıxacaq. Bunu qrupun
rəhbəri və "Qaya"kvartetinin keçmiş solistlərındon biri Rauf Babaycv
dcdi: "Bəri bax"ın yaranması bir cksperiment idi. Bu
uşaqlar Leopold vo Mstislav Rostropoviçlər adına 21
nömrəli musiqi məktəbində təhsil
alırdılar. Onu da deyim ki, bu məktəb 11 illikdir vo
oranın məzunu ali musiqi məktəbinə birbaşa
qəbul imtahanı verə bilər. "Bəri bax"ın
üzvləri də həmin məktəbdə I sinifdən
təhsil alıblar. İndi artıq uşaqlar özlərinin
dəst-xətti olan ifaçılar kimi yetişiblər. Buna
görə də qərara gəldik ki, "Bərı
bax" "Qaya"nın tam mənada davamçısı
olub onun adını yaşatmağa layiq və qadirdir". R.Babayev
söhbət əsnasında vurğuladı ki, eksperiment bununla
bitməyəcək. "Bəri bax" "Qaya"ya
çevriləndən sonra Diana Hacıyeva, Şölə
Səfərəliyeva, Səbinə Eminova, Fərid Mayılov,
Rauf Əzimov, Anar Yusufov və Elvin Məcidov yeni "Bəri
bax"ın yaradılması ilə məşğul
olacaqlar. "Yeni "Bəri bax"ın üzvlərini
seçən münsiflər heyətinin tərkibində
adları çəkilən uşaqlar, konsertmeyster Nigar
Qarayeva və mən olacağıq. Seçim prosesini telekanalların
biri ilə yayımlamaq fıkrimiz var. Müsabiqədə 8-10
yaş arasında istedadı olan hər bir yeniyetmə
iştirak edə bilər. Musiqi məktəbinin tələbəsi
olmaq vacib ' deyil. Sınaq müddəti 3 ay davam edəcək. Bu üç ay ərzində
aydınlaşdırmaq mümkün
olacaq ki, müsabiqədən keçmiş
uşaqların səs
tembrləri, ifa tərzləri bir musiqi kollektivi formalaşdıra bilər,
ya yox. Axı elə ola bilər
ki, çox istedadlı, gözəl səsə malik olan bir gənc
vokal ansamblın tərkib hissəsi kimi zövq oxşayan olmasın. Bu işdə vacibdir
ki, harmoniya yaransın".
Amma elə bilməyin ki, yeni "Bəri bax"ın üzvlərinin seçimi
televiziya tamaşaçılarının
göndərdiyi SMS-lər
vasitəsi ilə aparılacaq. R.Babayev bu üsulu məqbul
saymadığını tam qətiyyətlə söylədi:
"SMS-dən söhbət
belə gedə bilməz. Münsiflər hcyətinin üzvlərinin
seçdiyi, bəyəndiyi
bir ifaçının taleyinin
SMS-dən asılılığını
anlamıram. Ycni "Bəri bax"ı
yalnız əvvəlki
"Bəri bax" yarada bilər".
R.Babayev sonra dedi ki, "Bəri bax" 11 il ərzində
müxtəlif ölçulərdə
keçirilən müsabiqə
və festivallarda uğurla iştirak edib. Əcnəbi dinləyicilərin zövqünü oxşayaraq
vətənə mükafat
və diplomlarla dönüblər. "Bəri
bax"ın repertuarının
"Qaya"nın repertuarına daxil olan Azərbaycan xalq və bəstəkar
mahnıları, kompozisiyalar,
caz interpretasiyaları,
dünya vokal, estrada və caz məktəbinin ən yaxşı nümunələri təşkil
edir. Qrupun üzvlərinin bəziləri
hazırda müxtəlif
ali təhsil
ocaqlarında, o cümlədən
Bakı Musiqi Akademiyasında təhsil alırlar.
Ayna.- 2007.- 6 fevral.- S. 8.