Sirkdə milli kollektiv yaranıb
Sirkin mətbuat xidmətinin rəhbəri Hümbətov
Mahirin qəzetimizə
verdiyi məlumata görə, Bakı Dövlət Sirkində maraqlı yenilik gözlənilir.
"SSRİ dövründə respublikalar ərazisində yerləşən bütün sirklər Ümumittifaq Sirk Birliyinə tabe idi. Sirklərin qastrol səfərləri bu birlik tərəfindən tənzimlənirdi. Onu da deyim ki, dünyada ən çox sirk kollektivi olan ölkə Rusiyadır, orada 80-ə yaxın sirk var. Onların 37-si stasionardır. Buna görə də əvvəllər sirk kollektivlərinin müxtəlif sirklərdə çıxış etməsi, yəni qastrolları problem yaratmırdı.
Lakin sirkimizin kollektivi keçid dövründə dağıldığından, o yalnız qastrolların hesabına fəaliyyət göstərirdi. Bir neçə il öncə sirkin direktoru Vaqif Bağırzadə təyin olunandan sonra o, azərbaycanlılardan ibarət milli kollektivin bərpa olunması təşəbbüsünü qaldırdı və bu istiqamətdə iş aparıldı. Milli kollektivin proqram şəkildə yığılması artıq başa çatıb. Allah qoysa mart ayında onun ilk çıxışı nəzərdə tutulub. Möhtəşəm bir proqram olacaq. Artıq nömrələr də müəyyənləşib. Kollektivə dəvət etdiklərimizin əksəriyyəti tanınmış artistlərdir. Onların bir qismi Rusiyanın əməkdar artistləri və müxtəlif beynəlxalq festivalların laureatlarıdır.
Azərbaycanda ümumiyyətlə, yaxın Şərqdə yeganə stasionar sirk müəssisəsi Bakı Dövlət Sirkidir. Qastrollara getməyən kollektiv istər-istəməz işini dondurmaq məcburiyyətindədir.
Sirkin belə bir spesifik
xüsusiyyəti var. O, teatr
kimi qısa bir müddətdə yeni proqram hazırlaya
bilmir və bir proqramla uzun
müddət çıxış
edir. Buna görə də qastrola getmək üçün
sabit bazar olmalıdır. Öz tamaşaçıları
qarşısında eyni
proqramla nə qədər çıxış
etmək olar? Rusiya üçün maraqlı
deyildi ki, başqa bir kollektiv gəlib onun bazarına girsin. Lakin artıq bu istiqamətdə də uğurlu danışıqlar
aparılıb. Bakı
Dövlət Sirkinin həm Rusiya Dövlət Sirk Kompaniyası, həm özəl sirklərlə
məsələn, Nikulin
və Böyük Moskva sirkləri, Belarusiya, Ukrayna və Gürcüstanın
Dövlət Sirkləri
ilə yaxın işgüzar əlaqələri
yaranıb və ilkin razılaşmalar əldə olunub. İnşallah, Bakı
Dövlət Sirkinin bu sirklərdə çıxışı təşkil
olunacaq.
Bunu də qeyd edim
ki, yayda başlanacaq təmir işlərindən
sonra sirkin nəzdində milli kadrların yetişdirilməsi
üçün sirk studiyası yaradılacaq".
İmpuls.- 2007.- 2-8 fevral.- S. 15.