Kamiloğlu V.

 

İndi əsl müğənni tapmaq çətindir

 

Həsənağa Qurbanov: “Sənətkar o kəsdir ki, öz xalqının milli-mənəvi dəyərlərini qoruyub saxlayır”

Əslində, onun xüsusi təqdimata ehtiyacı yoxdur.
Müsahibimiz əfsanəviDan ulduzuansanblının rəhbəri, əməkdar incəsənət xadimi, Bakı şəhər Mədəniyyət İdarəsinin rəisi, görkəmli musiqişünas Həsənağa Qurbanovdur.
-Həsənağa müəllim, mümkünsə şəxsi həyatınızdan sənətə gəlişinizdən danışardınız.
-1956- il iyulun 20-si qədim Naxçıvan şəhərində dünyaya göz açmışam. 5 yaşımda məktəbə gedirdim. 13 yaşımda olarkən əmək kitabçam a
çıldı. Naxçıvan Dövlət Musiqili Dram Teatrında Şıxəli QurbanovunSənsizpiyesi hazırlanırdı. Əsəri fortepianoda ifa etmək lazım idi. Baxmayaraq mən onda musiqi məktəbinə gedirdim, amma yetərincə pianoçu kimi uğurlar əldə etmişdim.1972-ci ilə qədər Naxçıvan Dövlət Musiqili Dram Teatrında pianoçu, sonra bədii rəhbər vəzifəsində çalışmışam. Cəmi 15 yaşım var idi. O zaman həmin teatrda bəstəkar Süleyman ƏləskərovunHardasan, ay subaylıq”, “Sevgilim qız axtarıroperettalarını tamaşaya qoydum.
1972-ci ildə A.Zeynallı adına Kollecə daxil oldum.Görkəmli dirijor Eduard Davuzovun sinfinə düşdüm. Həmin müddət Moskvadan bir neçə incəsənət xadimi gəlmişdi. onlar məni təhsilimi davam etdirmək üçünArisinadlı məktəbə dəvət etdilər. Ancaq təəssüf ki, valideynlərim məni buraxmadı. 1976- ildə A.Zeynallı adına Kolleci fərqlənmə diplomu ilə bitirdim həmin ildə Azərbaycan Dövlət Musiqi Akademiyasına daxil oldum. Bu dəfə isə professor, dövlət mükafatı laureatı, görkəmli bəstəkarımız Cahangir Cahangirovun sinfinə qəbul edildim.İxtisasım xor dirijoru idi. Akademiyanın 2-ci kursunda oxuyarkən, ilk dəfə məni Ş.Qurbanov adına Musiqili Komediya Teatrına dirijor işləmək üçün göndərdilər. 1986- ildə RFSR-in xalq artisti, dünya şöhrətli dirijor Mart Ermlenin sinfində dirijorluq peşəsinin sirlərini öyrəndim. 1991-ci ilədək o teatrda çalışdım. Çox uzun çəkmədi ki, teatrdan ayrıldım. Tale elə gətirdi ki, mən həmişəlikDan ulduzuansamblına gəlməli oldum. Onu da qeyd edim ki, həmin il Gülarə xanım dünyasını dəyişdi. mən ansambla bədii rəhbər keçdim. O vaxtdan bu günə kimiDan ulduzuansamblının bədii rəhbəriyəm.
2001-ci ildən isə Bakı şəhər Mədəniyyət İdarəsinə rəis təyin edildim. Əməkdar incəsənət xadimi fəxri adını daşıyıram.
- “Dan ulduzunun fəaliyyəti hal-hazırda yerdədir? Ümumiyyətlə, ansambl fəaliyyət göstərirmi?
- “Dan ulduzuansamblı fəaliyyətini mənə elə gəlir ki, həmişə davam etdirəcək. Ansamblın fəaliyyəti öz yerindədir. Yəni biz AzTV- məxsus bir kollektivik. Bir neçə vaxt idi ki, yeni lentlər yazılmırdı. Amma bizim hələ efirdə getməmiş çox lent yazılarımız var. HəmDan ulduzuansamblının rəhbəri kimi, həm Bakı şəhər Mədəniyyət İdarəsinin rəisi kimi bir çox məhsuliyyətlərim var.
-Gülarə xanımdan sonra həmin kollektivi idarə etmək sizə ağır olmadı ki?
- Düzünü desəm, yox. Çünki onun sağlığında belə ansamblın aranjımanlarını mən edirdim. Onlarla birgə qastrol səfərlərinə gedirdim. Əlbəttə ki, mən heç vaxt Gülarə xanımın yerini verə bilmərəm. Bu həm ifaçılıqda, həm sənətdə belədir. 1991-ci ildə respublikada bir çox hadisələr baş verdi. Bu, “Dan ulduzumusiqi kollektivinə öz təsirini göstərdi. Ansamblın lentləri pozulur, kollektiv yavaş-yavaş konsert salonlarından uzaqlaşdırılırdı. Geri dönüb baxanda görürük ki, bizim kollektiv o çətin prosesi keçə bildi. YəniDan ulduzuansamblı qorunub saxlandı. “Dan ulduzuansanblı bu gün var, yaşayır ifaçılıq mədəniyyətimizdə özünə məxsus yer tutur.
- SizinDan ulduzuansanblınız hər zaman gənclərə dəstək çıxıb. Buna sübut olaraq, müğənni Aygün Bəyləri, Aygün Bayramovanı misal gətirmək olar. O zaman həmin sənətçilər sənətdə yeni addımlarını atmağa başlayırdılar. Bir müğənni kimi onlarDan ulduzuansamblından nəyi öyrənə bildilər?
- Gülarə xanımın vaxtından indiyə qədər bu ansanblın yazılmayan özünəməxsus adət-ənənələri var. “Dan ulduzuelmi-musiqili bir laboratoriyadır. “Dan ulduzukollektivinin o zaman Hüseynağa Hadıyev, Ruhəngiz Musəvi, Əli Mirəliyev, Xədicə Abbasova, Zaur Rzayev kimi müğənnilərin püxtələşməsində rolu olub. 1999-cu ildə Bakı şəhərində açıq havada bizim konsertimiz oldu. Həmin konsertdə Aygün Bəylər bizim ansamblda oxumaq istədiyini bildirdi. biz məmnuniyyətlə qəbul etdik. Eyni zamanda, Aygün Bayramova da məhz ilk addımlarını belə başlayıb. Yəni gənclərin axtarışı istər müğənni kimi, istərsə instrumental heyətə dəvət etmək bizdə bir növ adət halına düşüb. Bizim kollektiv bəlkə dünyada yeganə kollektivdir ki, 1967-ci ildən bu günə qədər ictimai əsaslarla fəaliyyət göstərir. “Dan ulduzuheç zaman büdcədən, yaxud qeyri bir maliyyə mənbəyindən maliyyələşməyib. Bütün bunların hamısı çox zadəgan bir xanım, ana, müəllim, bəstəkar, tənqidçi, sənətşünaslıq elmləri namizədi Gülarə xanım Əliyevanın səyi əməyi nəticəsində meydana gəlib. biz bundan sonra çalışdıq ki,o ənənələrə yenilik gətirməsək , sadəcə xələl gətirməyək. Amma yeniliklər var. Kollektiv üzvləri gəncləşir. Ansambla günü-gündən yeni ifaçılar gəlir. Estafeti yavaş-yavaş gənclərə verməliyik.
- Artıq 7 ildir ki, Bakı şəhər Mədəniyyət İdarəsinin rəisi vəzifəsini daşıyırsınız. Maraqlıdır, siz bu idarəyə rəis təyin olduqdan sonra kimi yeniliklər baş verib?
-Mən iki faktı nəzərinizə çatdırmaq istəyirəm. 1959-cu ildən Bakı musiqi məktəblərində idarəetmə cihazı ilə təchizat yox idi. Bu gün artıq bir çox musiqi məktəblərində bu problem öz həllini tapıb. Bakı musiqi məktəblərində artıq kompyuter sistemi var. Həmçinin siz bilirsiniz ki, “Cəngirəqs qrupu da Mədəniyyət İdarəsinin nəzdindədir. 3-4 il bundan əvvəl bu ansambl uçuruma doğru gedirdi. Amma bu günCəngison dərəcə qədim rəqsləri ilə modern bir ansambl kimi fəaliyyətdədir. Mən incəsənətin sabahına inanıram. Əminliklə deyə bilərəm ki, Bakı musiqi məktəblərində çox savadlı şagirdlər yetişir.
-İncəsənətimizə bu gün bir çox ifaçılar gəlir. Onların arasında musiqi savadı olanlar olmayanlar var. Bəzi ifaçılar H.Əliyev adına Sarayda qadağa qoyulmasına baxmayaraq, yenə fonoqramdan istifadə edirlər. Bunun qarşısını almaq üçün, sizcə kimi tədbirlər görmək lazımdır?
-2002-ci ildə mən bu vəzifəyə yeni təyin olunmuşdum. Fevral ayında Bakı şəhərində fonoqram oxumağa qadağa qoyulması haqda bir sərəncam verdim. Sonra elə oldu ki, yenidən bu cərəyan başladı. Tamaşaçılara elə gəlir ki, mədəniyyət əldən gedir. Yəni keçmişdə var idi, indi isə yoxdur. Bu gün müğənni həddən artıq çoxdur. Bizim musiqiçilər efir məkanından düzgün istifadə etməlidirlər. Oxumaq sadəcə görünmək xətrinə deyil. Əgər müğənni, aktyor, sənətkar səhnəyə çıxırsa o, ilk növbədə öz xalqının milli-mənəvi dəyərlərini qoruyub saxlamalıdır.
Vüqar Kamiloğlu

 

İki sahil.-2007.-16 fevral.-S.6.