Azərbaycan
teatrının 10 illik
inkişaf Proqramı hazırlanır
Prezident
“Azərbaycan teatrı
2008-2018-ci illərdə” Dövlət
Proqramının hazırlanması
haqqında sərəncam
imzalayıb
Sərəncamda Mədəniyyət
və Turizm Nazirliyinə tapşırılır
ki, Heydər Əliyev Sarayının, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrının, Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının,
Azərbaycan Dövlət
Rus Dram Teatrının
və Azərbaycan Dövlət Kukla Teatrının əsaslı
təmirini və müvafiq texniki avadanlıqla təchizatını,
Azərbaycan Dövlət
Gənclər Teatrının,
Azərbaycan Dövlət
Pantomima Teatrının,
eləcə də İrəvan Dövlət
Azərbaycan Dram Teatrının
və Şuşa Dövlət Musiqili Dram Teatrının yerləşdiyi
binalarda təmir-bərpa
işlərinin həyata
keçirilməsini təmin
etsin, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi nəticəsində
erməni silahlı birləşmələrinin işğalına
məruz qalmış
ərazilərdəki Füzuli
və Ağdam dövlət dram teatrlarının
hal-hazırda yerləşdiyi
binalarda əsaslı təmir-bərpa işlərinin
aparılmasına dair
təkliflərini 2007-ci il
avqustun 1-dək, yerli icra hakimiyyəti orqanları ilə birlikdə regionlarda fəaliyyət göstərən
teatrlarda təmir-bərpa
və yenidənqurma işlərinin aparılmasına
dair təkliflərini
isə 2007-ci il iyul ayının 1-dək Nazirlər Kabinetinə təqdim etsin, Azərbaycan Teatr Xadimləri İttifaqının
təklifləri nəzərə
alınmaqla, milli sərvətimiz olan əsərləri və dünya klassikasının
incilərini özündə
ehtiva edən “Azərbaycan teatrı
2008-2018-ci illərdə” Dövlət
Proqramının layihəsini
üç ay müddətində
Azərbaycan Prezidentinə
təqdim etsin, teatrların nəzdində
xüsusi studiyaların
yaradılmasına və
xarici ölkələrdə
müvafiq kadrların,
habelə teatr menecerlərinin hazırlanmasına
dair təkliflərini
2007-ci il aprelin
15-dək Nazirlər Kabinetinə
versin. Bakı Şəhər İcra Hakimiyyətinə isə Yaşıl Teatrın əsaslı təmirini və zəruri avadanlıqla təchizatını
təmin etmək tapşırılır.
Yeni Azərbaycan.-2007.-20 fevral.-S.3.