Aydan

 

Teatr arxivləri

 

, harda, necə saxlanılır ya afişalar arxiv sənədi rolunda...

 

Azərbaycan professional teatrının yaranma tarixi ilə bağlı lazımi məlumatları istənilən instansiyadan əldə etmək mümkündür. Lakin teatrların tarixinə dair mübahisəli məlumatlar ortalığa çıxanda arxivlərdən material tapmaq olmur. Bu səbəbdən teatrlarımızda, dövlət teleradio şirkətində arxiv sənədlərinin necə qorunduğu, ümumiyyətlə, arxivləşmə aparılıb-aparılmaması ilə maraqlandıq. İlk olaraq Səməd Vurğun adına Rus Dram Teatrının sərəncamçı direktoru Marat İbrahimovla söhbət etdik. Marat müəllimin sözlərinə görə, Rus Dram Teatrı yarandığı gündən səhnəyə qoyulan bütün tamaşalar haqqında istənilən məlumatı teatrın kitabxanasından əldə etmək olar. Sonra həmsöhbətim teatrlarda bu prosesin necə aparılmasını bizə "teatr" dilində anlatdı":: "Hər bir filmdə titrlər olduğu kimi, teatrda səhnəyə qoyulan tamaşaların "pasport"ları da afişalardır. Afişalarda tamaşanın bütün yaradıcı texniki heyəti haqqında məlumatlar olur onlar sonradan Dövlət Teatr Muzeyinə göndərilir. Teatrda tamaşa qoyulanda, əvvəlcə rəsmi proqram tərtib olunur ki, bu proqrama əsasən rollar bölünüb aktyorlara paylanılır. Bu da rəsmi sənəddir. Bütün bu sənədlər, afişalar, pyeslərin səhnə variantları teatrın kitabxanasında qorunur. Çünki bu əsərlərdən gələcəkdə istifadə oluna bilər. Bundan başqa, biz tamaşalardan fotolar çəkirik. Premyeralarda tamaşaları video-kamera ilə lentə alırıq. İkinci məsələ tamaşanın musiqisi ilə bağlıdır. Əvvəllər fonoqram olmadığı üçün ötən əsrin ortalarında bəstəkarlar tamaşaya yazılan musiqinin parteturasını teatra verirdilər. Lakin sonradan bu ənənə pozuldu":: parteturaları özlərində saxladılar, musiqini lentə yazılmış variantda, yəni fonoqramla teatra verdilər. Biz 10 ildən sonra da kitabxanadakı materiallara əsasən bugünkü tamaşalar barəsində ətraflı məlumat ala bilərik". M.İbrahimovla söhbətimizdə o da aydın oldu ki, teatrdakı sənədlər bir müddət keçdikdən sonra Dövlət Arxivlər İdarəsinə göndərilir. Azərbaycan Dövlət Teleradio Şirkətinin fonotekasının əməkdaşı Dilşad xanım isə bildirdi ki, efirə gedən bütün mahnıların ifaçısı, sözlərinin musiqisinin müəllifi kitabda qeydiyyata alınır. Vaxtaşırı olaraq bu sənədlər Arxivlər İdarəsinə göndərilir. Dilşad xanım onu da qeyd etdi ki, son vaxtlar elə müğənnilər var ki, oxuduqları mahnıların kimə məxsus olduğunu özləri bilmirlər bu da onların işinə zərər vurur. Onlar da məcbur olur, vaxtaşırı bu qeyri-dəqiqliyi özləri düzəldirlər. Opera Balet Teatrının mətbut xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın sözlərinə görə, bu teatrın səhnəsində tamaşaya qoyulan bütün opera baletlərə aid sənədlər teatrın muzeyində kitabxanasında saxlanılır. Tamaşalarla bağlı arxiv sənədləri muzeydə saxlanılır. Akademik Milli Dram Teatrının kitabxanasının əməkdaşı Rumiyyə xanım da teatrda tamaşaya qoyulan bütün əsərlərin ssenarisinin, afişasının proqramının sonradan qovluq halında kitabxanada qorunduğunu söylədi. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru Elxan Ocaqov teatrda indiyədək səhnələşdrilən əsərlər haqda məlumatların qovluqlaşdırılıb kitabxanada qorunduğunu dedi":: "Tamaşa istehsala buraxılandan sonra bütün lazımi sənədlər qovluqlaşdırılıb muzey-kitabxanaya verilir. Bizim muzey-kitabxanada indiyə qədər səhnəyə qoyulmuş bütün əsərlərə aid arxiv sənədləri var". Elxan müəllim onu da qeyd etdi ki, son illər tamaşalar video-kamera ilə lentə alınır kasetlər muzeyə verilir. Sonda Elxan Ocaqovdan onu da öyrəndik ki, teatrın binası yananda muzey-kitabxanaya ziyan dəyməyib.

 

Üç nöqtə.- 2007.- 21 fevral.- S13.