Bayramov O.

 

Xalq yazıçısı Elçinin Qatil pyesinin İstanbulda tamaşası böyük müvəffəqiyyət qazanmışdır

 

Fevralın 12-də İstanbul Böyükşəhər Bələdiyyəsi Teatrının səhnəsində görkəmli Azərbaycan yazıçısı Elçinin "Ulduzlar altında cinayət" - "Qatil" pyesinin tamaşası böyük müvəffəqiyyətlə keçmişdir.
Tamaşadan əvvəl xalq yazıçısı Elçin Türkiyənin nüfuzlu televiziya kanalları qəzetlərinə müsahibələr vermişdir. "Anadolu" xəbər agentliyi, "Milliyyət", "Zaman" qəzetləri, TRT, "Kanal 7" televiziya kanalları müxbirlərinin suallarını cavablandıran yazıçı-alim xalqımızın zəngin mədəni irsindən, klassik çağdaş Azərbaycan ədəbiyyatından, qardaş dost Türkiyə ilə mədəniyyət sahəsində əməkdaşlıqdan ətraflı bəhs etmişdir.
Anşlaqla keçən tamaşa teatrsevərlərin böyük marağına səbəb olmuşdur. Bir tərəfdən torpaqlarımıza düşmən təcavüzü ilə başlanan müharibənin, digər tərəfdən bir ictimai-siyasi quruluşdan digərinə keçidin yaratdığı kataklizmlər təbəddülatların insan taleyində buraxdığı izlərin dərin sosial-psixoloji təhlili ilə tamaşaçını düşündürən, həmçinin bütün zamanlar üçün aktual olan məhəbbət, tale oyunları puça çıxan ümidlər mövzusunu ustalıqla canlandıran əsərə Türkiyədə fəaliyyət göstərən aktrisa Məlahət Abbasovanın verdiyi orijinal quruluş teatrsevərləri heyran etmişdir.
Bütün ömrünü şagirdlərinin təlim-tərbiyəsinə həsr edərək şəxsi həyatını unudan, gecdən-gec rastlaşdığı ona səadət gətirəcəyini düşündüyü insanın qatilə çevrildiyi kimya müəlliməsinin obrazını yaradan aktrisa Elçin Altındağ onu sevdiyini söyləyən, lakin həyatını məhv edən keçmiş şagirdinin rolunu oynayan aktyor Əmrah Özərtəmin peşəkar ifaları müəllifin tamaşaçıların alqışları ilə qarşılanmışdır. Fasilə zamanı səhnə arxasında rejissor aktyorlarla görüşən müəllif, əsəri yüksək sənətkarlıqla təqdim etdikləri üçün onlara təşəkkürünü bildirmişdir.
Tamaşanın sonunda səhnəyə qalxan yazıçı Elçin bildirmişdir ki, bu gün onun həyatında əlamətdar bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin artıq atalar sözünə çevrilmiş "bir millət, iki dövlət" kəlamı Türkiyə Azərbaycanın mədəniyyət sahəsində vəhdətinin təcəssümüdür.
Teatrın kollektivinə təşəkkürünü bildirən onlara yeni yaradıcılıq uğurları diləyən yazıçı, Azərbaycan dramaturgiyasının digər klassik çağdaş əsərlərinin bu teatrda səhnələşdirilməsi arzusunu ifadə etmişdir.
Azərbaycanın Türkiyədəki səfirliyi İstanbuldakı baş konsulluğu, Türkiyənin müxtəlif dövlət özəl qurumları adından səhnəyə çələnglər qoyulmuşdur.

 A
zərbaycan.-2007.-14 fevral.-S.6.