Bütün xalq Lütfəli Abdullayevi sevir...

 

Aktyorun qızı atasının xatirəşinin əbədüəşdirilməsini istəyir.

 

Mərhum aktyor Lütfəli Abdullayevin qızı Xurşud Abdullayeva atasının adının əbədiəşdirilməsi onun adına yumor festivalının keçirilməsi ilə bağlı dövlət başçısına müraciət edəcək. Bu barədə APA-ya açıqlama verən Xurşud Abdullayeva bildirib ki, martın 22-də Lütfəli Abdullayevin 93 yaşi tamam olacaq: "Çox təəssüflər olsun ki, ömrünün 30 ildən çoxunu bu sənətə həsr edən Lütfəli Abdullayevin bu zamana kimi yubileyi keçirilməyib. Bununla bağlı dəfələrlə Polad Bülbüloğluna müraciət etmişdik, ancaq heç bir  faydası olmadı. Mədəniyyət Nazirliyi tərəfindən h bir addım atılmadı. Polad Bülbüloğluna ünvaüladığım məktub Milli Məclisdə olsaydı, düşünürəm ki, buna etinasız yanaşmazdılar. Çünki bütün xalq Lütfəli Abdulläyevi sevir...

...Atamın 95 illik yubileyinin keçirilməsini artıq istəmirərn. Çünki onunla bir səhnədə çıxış edən aktyorlar dünyalarını dəyişiblər. Ancaq Siyavuş Aslan sağdır. Qnun dostlarından heç kəs yoxdur, kim çıxıb pnun haqqında danışacaq? Mən istərdim ki, Şəkidə onun adına bün Azərbaycan əhatə edəcək yumor festivalı keçirilsin onun adını daşıyan fasi olsun. Lütfəli Abdullayevi bütün xalqımız sevir bu sevgini ədəbiləşdirmək lazımdır. Biz övladlar kimi bacardığımızı edəcəyik, ancaq küçəyə ad vermək bizim səlahiyyətimizdə deyil. X.Abdüllayeva bildirib ki, hazırda aktyorun digər qızı Gülnarə Abdullayeva Liitfəli Abudllayevin; çəkildiyi fılmlərin GD variantı hazırlayır: "Azərbaycan kino teatrında özünəməxsus yeri olan Lütfəli Abdullayevin öynadığı bütün fılmlər bu yaxınlarda CD variantında tamaşaçılan ixtiyarına veriləcək. Çox təəssüflənirəm ki, 34 ildir dünyasını dəyişən bir sənətkara cür münasibət göstərilir". Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətov isə APA-ya açıqlamasında Polad Bülbüloğlunun nazir olduğu dövrdə baş verənlərə münasibət bildirməyi düzgün hesab etməyib: "Artıq bir ildir ki, Mədəniyyət Turizm Nazirliyi fəaliyyət göstərir. Bu müddət ərzində Lütfəli Abdullayevin ailəsi tərəfindən bizə heç bir müraciət olmayıb. Polad Bülbüloğlunun zamanında baş veribsə, buna münasibət bildirmək düzgün deyil".

 

Xalq cəbhəsi.- 2007.- 16 fevral.- S. 15.