Gəncə teatrında
"Büllur qəsr"
Mirmehdi Seyidzadənin
xalq nağıllarının
motivləri əsasında
yazılmış "Büllur
qəsr" adlı mənzum pyesinə "Gəncə Dövlət Kukla Teatrında ictimai baxış keçirilib. Tamaşanın
quruluşçu rejissoru
Fərmail Paşayevin
məlumatına görə,
Gəncə Dövlət
Kukla Teatrında ilk dəfə olaraq səhnələşdirilən "Büllur qəsr" tamaşasında xeyir və şər arasında gedən mübarizə və bu mübarizənin sonunda ədalət, mərdlik və xeyirin qalib gəlməsi
önə çəkilib.
Qeyd edək ki, "Büllur qəsr" pyesi Mədəniyyət və Turizm Nazirliyinin xüsusi sifarişi ilə səhnələşdirilib.
Ayna.- 2007.- 17 fevral.- S. 20.