Qatil İstanbulda səhnələşdirilib
Xalq yazıçısı Elçinin pyesinin səhnə
müəllifi Məlahət Abbasovadır
Fevralın 12-də Xalq yazıçısı
Elçinin "Qatil" pyesi İstanbulun Böyükşəhər
Bələdiyyəsi Teatrında səhnəyə qoyulub.
Türkiyənin "TRT" kanalının yaydığı
məlumata görə,
tamaşadan öncə
Xalq yazıçısı
mətbuat və televiziya işçiləri
ilə görüşərək
onlara klassik və çağdaş Azərbaycan ədəbiyyatından
söz açıb. Axşam saatlarında isə tamaşa sözügedən teatrda ilk dəfə nümayiş etdirilib.
Qeyd edək ki, "Qatil"i uzun
illərdə Türkiyədə
yaşayan həmyerlimiz
Məlahət Abbasova səhnələşdirib. O, səhnə əsərində
torpaqlarımıza düşmən
təcavüzü ilə
başlanan müharibənin,
digər tərəfdən,
bir ictimai-siyasi quruluşdan digərinə
keçidin yaratdığı
kataklizmlərin insan taleyində buraxdığı
izlərin sosial-psixoloyi
təhlili, eyni zamanda, bütün zamanlar üçün aktual olan məhəbbət,
tale oyunları və puça çıxan ümidlər mövzusunu ustalıqla səhnəyə
qoyub.
Bütün ömrünü şagirdlərinin təlim-tərbiyəsinə həsr
edərək şəxsi
həyatını unudan,
gec rastlaşdığı
və ona səadət gətirəcəyini
düşündüyü insanın qatilinə çevrildiyi kimya müəlliməsinin obrazını
yaradan aktrisa Elçin Altındağ və onu sevdiyinisöyləyən,
lakin həyatını məhv edən
keçmiş şagirdinin
rolunu oynayan aktyor Əmrah Özərtəmin peşəkar
ifaları müəllifin
və tamaşaçıların
rəğbətini qazanıb.
Tamaşanın nümayişindən sonra yaradıcı heyətlə görüşən
yazıçı Elçin
həmyerlimiz M.Abbasovanın
reyissor yozumunda səhnələşdirilən pyesin ustalıqla ərsəyə gətirildiyini
və aktyor oyunundan razı qaldığını söyləyib.
Daha sonra Xalq yazıçısı
Azərbaycan dramaturgiyasının
digər klassik və çağdaş əsərlərinin də
bu teatrda səhnələşdirilməsi arzusunu ifadə edib.
Kaspi.-2007.-15 fevral.-S.17.