Əliyeva T.

 

Xocalı faciəsi Türkiyədə anıldı

 

Türkiyənin böyük şəhərlərindən biri olan Əskişəhərdə ermənilərin Xocalıda törətdikləri soyqırıma həsr edilmiş müxtəlif tədbirlər keçirildi. Bu tədbirlərdə yerli əhali ilə bərabər, orada təhsil alan dərs deyən Azərbaycandan gəlmiş soydaşlarımız da iştirak etmişlər. Əskişəhərin mərkəzi gedişli-gəlişli küçəsi sayılan Hamamyoluda Xocalı faciəsini əks etdirən şəkillərdən ibarət fotosərgilər düzənlənmişdi. Gecəyarıya qədər insanlar həmin fotoşəkillərə baxır, orada iştirak edənlər bu faciə barədə məlumatlandırılırdılar. Toplaşanlar faciəni göz yaşları ilə seyr edir, bunu törədənlərə lənətlər yağdırırdılar. İnsanlar bu fotoların qarşısından laqeyd keçə bilmirdilər.
Tədbir Ticarət sarayının akt zalında davam etdirildi. Azərbaycanın Türkiyənin dövlət himnləri səsləndirildi. Türk dünyasının Xocalı şəhidlərinin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Toplantını giriş sözü ilə açan Əskişəhər Türk Ocaqları dərnəyinin sədri, professor Nedim Ünal ermənilərin Xocalıda törətdikləri soyqırımdan danışdı. Daha sonra Xocalı faciəsini əks etdirən sənədli film göstərildi.
Əskişəhər Osman Qazi Universitetinin türk dili
ədəbiyyatı şöbəsinin dosenti Tamilla Əliyeva Xocalı faciəsinə gedən yolu tarixi faktlarla dinləyicilərin nəzərinə çatdırdı. O, 613 günahsız insanın (onların arasında uşaqlar, qadınlar, əlsiz-ayaqsız qocalar da vardı) vəhşicəsinə qətlə yetirildiyini bu günə qədər dünya ictimaiyyətinin buna biganə yanaşdığını bildirdi.
Anadolu Universitetində təhsil alan Sirac Yaquboğlunun Qarabağ Xocalı faciəsi haqqındakı çıxışı maraqla qarşılandı.
Sonra azərbaycanlı şairə Nurəngiz Günün əsəri əsasında "Lider" TV-nin hazırladığı "Xocalı simfoniyası" nümayiş etdirildi.
Elə həmin gün Əskişəhərin ən böyük televiziya kanalı olan ES TV- Xocalı faciəsini əks etdirən epizodlar göstərildi Tamilla Əliyeva ilə müsahibə səsləndi.
* * *
Xocalı soyqırımı İstanbulun mərkəzi küçələrində anıldı. İstanbulda yeni fəaliyyətə başlayan NET TV- fevralın 26-da iki saatlıq canlı yayım təşkil edildi. Ganlı yayıma Memar Sinan Universitetinin professoru Tofiq İsmayıl Əskişəhər Osman Qazi Universitetinin müəllimi Tamilla Əliyeva dəvət olunmuşdu. İki saatlıq söhbət ərzində Qarabağ faciəsi barədə məlumatlar verildi. Dəvət olunanlar gətirdikləri tarixi kitabları, xəritələri nümayiş etdirdilər. Canlı yayımda erməni vəhşiliyini əks etdirən sənədli film göstərildi.
Tamilla Əliyeva bildirdi ki, bu gün Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Xocalı soyqırımının dünyada tanınması üçün çox böyük faydalı işlər görür.
NET TV-nin canlı yayımı İstanbulda yaşayanlar tərəfindən maraqla qarşılandı. Onlar studiyaya zəng vurub fikirlərini açıqlayır, azərbaycanlılarla həmfikir olduqlarını bildirirdilər. Canlı yayıma Azərbaycandan qoşulan şairə Nurəngiz Gün XX əsrin ən böyük faciələrindən sayılan Xocalı soyqırımı haqqında danışdı. O, erməni vəhşiliyinin heç vaxt unudulmayacağını bildirdi.
Sonda Nurəngiz Günün "Xocalı simfoniyası" nümayiş etdirildi.

Azərbaycan.-2007.-23 fevral.-S. 4.