İbrahimova S.

Ömür yolu bircə andır

 

Rəşidə Rəşidin bu adda monovokal tamaşası nümayiş etdirilib

 

Fevralın 20-21- Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Ömür yolu bircə andır" tamaşasının yeni versiyada təqdimatı keçirilib.

Mədəniyyət Turizm Nazirliyi, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Dövlət Pantomim Teatrı, Rəşid Behbudov Fondunun təşkilatçılığı ilə hazırlanmış tamaşanın təşəbbüsçüsü ifaçısı Əməkdar artist Rəşidə Rəşid, şeirlərin müəllifi professor Hamlet İsaxanlı, bəstəkarı beynəlxalq müsabiqələr laureatı Dilarə Qulamova, quruluşçu reyissoru Əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadədir.

İnsanın həyat yolu, ülvi hissləri, ideal düşüncələrindən bəhs edən monovokal tamaşada baş rolda çıxış edən Rəşidə Rəşidi fortepianoda Dilarə Qulamova, elektro fortepianoda İdris Zeynalov müşayiət ediblər.

Qeyd edək ki, musiqili tamaşada Pantomim Teatrının aktyorları, Əməkdar artist Nargilə Qəribova, Elnur İsmayılov, Əli Əlizadə, Əflatun Abdullayev, Bəhruz Vaqifoğlu çıxış ediblər.

 

Kaspi.-2007.-22 fevral.-S.17.