Rasim
3 ildən sonra müasir teatr
strukturu formalaşacaq
Prezidentin Sərəncamı
Azərbaycanın qədim teatr sənətinin dirçəlməsi,
yenidən qurulması, maddi-texniki bazasının gücləndirilməsinə
böyük təkan verəcək. Bu sərəncamda bərpa
işlərindən tutmuş teatrların nəzdində
xüsusi aktyorlar yetişdirən studiyaların
yaradılmasına qədər müxtəlif məsələlər
yer alıb. 3 ildən sonra Azərbaycanda müasir teatr
strukturunun və düşüncəsinin
formalaşdığını görəcəyik".
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə
açıqlamasında Mədəniyyət və Turizm Naziri Əbülfəs
Qarayev deyib. O bildirib ki, teatr binalarının müasir
standartlara uyğun bərpası üçün böyük
vəsait tələb edən layihələr hazırlanacaq:
'Teatrların təmirinə Azərbaycan mütəxəssisləri
ilə yanaşı, əcnəbi mütəxəssislər də
cəlb olunacaq. Dövlət Akademik Opera və Balet
Teatrının təmiri üçün tanınmış
fransız memarları və bərpaçıları dəvət
edilib və artıq layihənin son variantı hazırlanıb.
Dövlət Akademik Milli Dram Teatrı və Dövlət Akademik
Opera və Balet Teatrına lazımi avadanlığın gətirilməsini
isə Avstriya şirkəti həyata keçirəcək. Biz
mədəniyyət ocaqlarında təmirə tədricən
başlayacağıq. Gənc Tamaşaçılar Teatrı,
Kukla Teatrı və Rus Dram Teatrında bərpa işləri
başlayıb və ümid edirik ki, bu işləri 2008-ci
ilin ortasına kimi tamamlayacağıq. Milli Dram və Opera və
Balet teatrlarında bərpa işləri mövsümün
sonunda başlanacaq. Heydər Əliyev adına Sarayın təmiri
ilə bağlı layihə isə üç ay müddətində
hazır olacaq və bundan sonra işə
başlanılacaq". Nazirin sözlərinə görə,
teatrların təmiri üçün bu il dövlət
büdcəsindən 25 milyon manata qədər vəsaitin
ayrılması nəzərdə tutulub. Ə. Qarayev Gəncə
və Mingəçevir teatrlarının yenidən qurulması
üçün də layihələndirmə işlərinin
aparıldığını deyib.
Martın əvvəllindən
etibarən Azərbaycan televiziya məkanında nümayiş
etdiriləcək bütün filmlər dövlət
qeydiyyatından keçmiş olacaq
Mədəniyyət və
Turizm Nazirliyində dövlət reyestrinə
salınmış filmlərin ilk yayım vəsiqələrinin
təqdim edilməsi ilə bağlı tədbir
keçirilib. Tədbirdə çıxış edən Mədəniyyət
və Turizm Naziri Əbülfəs Qarayev bildirib ki, layihə
davamlı olacaq və tədricən ən yaxşı filmlər
dövlət reyestrinə salınacaq: "Artıq proses
tamamlanmaqdadır. Martın əvvəllindən etibarən Azərbaycan
televiziya məkanında nümayiş etdiriləcək
bütün filmlər dövlət qeydiyyatından
keçmiş olacaq. Bununla biz dünyaya göstəririk ki, Azərbaycanda
yayımlanan filmlərin hamısı rəsmi qeydiyyatdan
keçib və heç bir piratçılıq iddiası
ola bilməz. Adət-ənənələrimizə, mənəviyyatımıza
zidd olan, zorakılığı təbliğ edən filmlərin
nümayişi isə məhdudlaşdırılacaq".
Ə. Qarayev bildirib ki, hələlik filmlərin dövlət
reyestrinə salınması ödənişsizdir. Nazir
"Yeni Dalğa" prodüser mərkəzinin 1, "Salnamə"
studiyasının 1, "Lider" televiziyasının 248, Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin
134, "Space"in 124, İctimai Televiziyanın 61, "Azad Azərbaycan"ın
60, ANS-in 4, RAR yayım şirkətinin 25, “CNF producktior”un 14
adda filminin qeydə alındığını deyib. Tədbirin
sonunda Ə. Qarayev şirkətlərin rəhbərlərinə
həmin filmlərin sənədlərini təqdim edib. 2008-ci
ildə lisenziyasız fəaliyyət göstərən
mehmanxanaların rəhbərləri məsuliyyətə cəlb
ediləcək
2008-ci ilə kimi Azərbaycandakı
bütün mehmanxanalar lisenziya alınmalıdır.
APA-nın məlumatına görə, bu xəbərdarlığı
Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev
jurnalistlərə verdiyi açıqlamasında deyib. Nazir
bildirib ki, 2008-ci il yanvarın 1-dən lisenziyasız fəaliyyət
göstərən mehmanxanaların rəhbərləri
qanunvericiliyə müvafiq şəkildə məsuliyyətə
cəlb ediləcəklər.
Xatırladaq ki, dövlət
başçısının Sərəncamı ilə bu ilin
yanvarında mehmanxana fəaliyyətinin
lisenziyalaşdırılmasına başlanılıb. Bu
işi Mədəniyyət və Turizm Nazirliyi həyata
keçirir.
Palitra.- 2007.- 21 fevral.-S. 2.