Gənclər faciəni anırlar

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə Xocalı soyqırımının 15-ci ildönümünə həsr edilmiş "Gənclər faciəni anırlar" adlı gecə keçirilmişdir.
Nazir Əbülfəs Qarayev bildirmişdir ki, erməni silahlı qüvvələri Xocalı şəhərini uzun sürən mühasirədən sonra 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə yerlə-yeksan etmişlər. Köməksiz mülki əhali amansızlıqla qətlə yetirilmişdir. Hətta südəmər körpələrə, qocalara, qadınlara, uşaqlara belə aman verilməmişdir. Nazir söyləmişdir ki, xalqımız Xocalı soyqırımını heç vaxt unutmayacaqdır. O, gəncləri Xocalıda törədilmiş dəhşətlərin dünya ictimaiyyətinə çatdırılması bu faciənin soyqırımı kimi tanınması yolunda mübarizə aparmağa səsləmişdir.
Gecədə Azərbaycan Dövlət kvarteti F.Bədəlbəylinin "Xocalı faciəsi" əsərini ilk dəfə səsləndirmişdir. V.Adıgözəlovun, Q.Qarayevin, C.Hacıyevin, M.Haşımovun əsərləri ifa edilmişdir.
Gənc muğam ifaçıları "Qarabağ şikəstə
si"ni oxumuşlar.

 

Azərbaycan.-2007.-28 fevral.-S.4.