Teatr qanununun ilkin variantında passiv nüanslar var
Aydın Talıbzadə: "Azərbaycan mədəniyyətinin
dirçəlməsi
üçün daha aktiv işlər görmək lazımdır"
Bu gün teatrda hansı sənətkarı,
yaşlı nəslin
nümayəndəsini dindirirsən,
sənət ocağının
problemindən danışır. Deyirlər ki, dramaturq yoxdur,
güclü reyissor işi görmürük,
tamaşaçı qıtlığı
mövcuddur və s. Azərbaycan teatrının
vəziyyətini heç
də məqbul hesab etməyən bir çox sənətkarlar bunun kökünün maliyyəyə
bağlı olduğunu
dəfələrlə önə
çəkiblər. Sənətkarların fikrinə görə, əgər aktyor yaxşı məvacib alarsa, onları yaxşı-əhval ruhiyyə
ilə səhnəyə
bağlamaq olar.
Qeyd edək ki, teatrın
durumunu yaxşılaşdırmaq,
problemləri çözmək
məqsədi ilə dövlət tədbirlər
planı hazırlayıb. Konkret olaraq,
"Teatr və teatr haqqında" qanun qəbul edilir. Əgər qanun yalnız
sənəddə tətbiq
edilməsə və göstərilən bir çox bəndlər həyata keçirilərsə,
teatrın inkişafına
nə kimi tövhələr verəcək?
Mövzu ilə bağlı mövqeyini bildirən teatrşünas
Aydın Talıbzadə
qanunla yalnız ilkin mərhələdə
Qanunun bəndlərini nəzərdən keçirdikdə,
diqqət çəkən
məqamlardan biri prodüserlə bağlı
oldu. Azərbaycanda prodüser anlayışı
daha çox müğənnilərə şamil
edildiyindən, bu şəxsin teatrda hansı işi görəcəyi ilə maraqlandıq. A.Talıbzadə
dedi ki, bundan sonra prodüser
tamaşaların genişmiqyaslı
nümayişi prosesini
həll edəcək.
Yəni teatrda prodüser tamaşanın
gömrüyünü təşkil
edən şəxs qismində özünü
göstərəcək.
"Azərbaycan teatrında mövcud olan çoxsaylı problemləri
həll etmək üçün nə qədər zaman tələb olunur? Ümumiyyətlə, bir qanun bütün çətinlikləri dəf
etməyə qadirdimi?"
Teatrşünasın məsələyə
münasibəti belə
oldu: "Qanun vacib məsələdir. Amma bununla yanaşı,
incəsənətdə, ədəbiyyatda,
mədəniyyətdə qanun
hər şeyi həll etmir. Hər şeyi həll edən istedaddır. Sabah Azərbaycan teatrında çox demirəm, 3 dünya miqyasına çıxarılacaq tamaşa
meydana gələrsə,
deməli, Azərbaycan
teatrı özünün
ən maraqlı dövrlərindən birini
yaşayır. İndi
isə proseslər hələ dondurulmuş vəziyyətdədir. Ola
bilər ki, gələcəkdə əmələ
gələcək müəyyən
tamaşaların, sənət
hadisələrinin təməli
bəlkə də bu gün qoyulur.
Bu işdə Mədəniyyət və
Turizm Nazirliyi də aktiv şəkildə
iştirak edir".
Musiqili Komediya Teatrının direktoru Elxan Ocaqov mövqeyini
öncə prodüser
məsələsinə bildirdi.
Onun sözlərinə
görə, prodüserlərin
işi teatrların fəaliyyətinin uğurlu
istiqamətdə inkişafına
təkan verən bir vasitə olacaq: "Prodüserin fəaliyyətinin reyissorun
işinə heç bir aidiyyatı yoxdur. Prodüser bəyəndiyi əsəri
teatra təklif edə bilər. Teatr tamaşalarının
dünya miqyasına çıxmasında prodüserin
rolu danılmaz olacaq".
Xatırladaq ki, "Teatr və teatr
haqqında" qanunun
tətbiq edilməsi barədə dövlət
başçısının fərmanı ilə əlaqədar olaraq Nazirlər Kabinetinə bir ay vaxt
verilib. Nazirlər Kabineti bu vaxt
ərzində qüvvədə
olan qanunvericilik aktlarının qanuna uyğunlaşdırılması barədə təkliflərini
prezidentə təqdim
etməlidir. Bundan başqa, Nazirlər Kabineti teatrlara "milli" və "akademik" statusun verilməsi qaydalarını
müəyyənləşdirməli, qanunvericilik aktlarının
layihəsini hazırlamalıdır.
Qanunda nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Mədəniyyət və
Turizm Nazirliyi həyata keçirəcək
Kaspi.-2007.-27 fevral.-S.17.