Unutqanlıq Qorxunc bəladır
Bakı
Bələdiyyə Teatrında rejissor Ələddin
Əliyevin quruluşunda "Unutqanlıq qorxunc
bəladır" tamaşası nümayiş etdirilib.
Teatrın
mətbuat əlaqələndiricisinin məlumatına
görə, səhnə əsəri
Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi
mövzusundadır.
Qeyd edək ki, tamaşada əsas rolları əməkdar artistlər Əfqan Sultanov, Mahir Yaqubov, Rafiq İbrahimov, Firəngiz Babayeva, aktyorlardan Elxan Rzayev, İsmayıl Atakişiyev və başqaları oynayıblar.
Musiqiçilərimiz Fransada çıxış
edəcəklər
Musiqiçilərimiz bu
gün Fransa senatının "Salon de-boffrand" zalında konsert proqramı ilə çıxış
edəcəklər. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti əməkdaşının
məlumatına görə,
Azərbaycanın Fransadakı
səfirliyinin təşkilatçılığı
və nazirliyin təşəbbüsü ilə
keçiriləcək konsertdə
əməkdar artist, pianoçu Yeganə Axundova, vokalçılar Samir Cəfərov, Aygün Qurbanova və konsertmeyster Məlahət İsmayılova çıxış
edəcəklər.
Gecədə Üzeyir
Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyevin əsərləri
ilə yanaşı, dünya şöhrətli
bəstəkarların əsərləri
də ifa olunacaq.
"TÜRK DÜNYASINI ŞƏHƏRLƏRLƏ
TANIYALIM"
İstanbulda keçiriləcək
"Türk dünyasını
şəhərlərlə tanıyalım" beynəlxalq
festivalında Azərbaycan
da iştirak edəcək. Azərbaycan
Kinematoqrafçılar İttifaqı
mətbuat xidməti əməkdaşının məlumatına
görə, festival aprelin 16-dan 23-ə kimi davam edəcək.
O bildirib ki, festivala göndəriləcək
əsas film şəhər mövzusunda
olacaq.
Mətbuat xidməti əməkdaşının sözlərinə
görə, İstanbulda
iki tammetarjlı filmin nümayişi də nəzərdə tutulub. O, filmlərin hələlik müəyyənləşdirilmədiyini
dedi.
"Beyləqan"a
klip çəkilib
Beyləqan rayonu haqqında klip çəkilib. "Beyləqan"
adlı mahnının
sözləri Arif Mədətovun, musiqisi Tahir Əkbərindir. A.Mədətovun məlumatına
görə, klipin çəkilişləri Beyləqanda
olub. Mahnını Cabir Abdullayev ifa edir. Ekran
işində Beyləqan
tərəkəmələrinin tarlalarından, təbiətindən,
obasından bəhs olunur. Sözügedən klipə martın 2-də təqdimat keçiriləcək.
"Xocalı - əsrin
faciəsi"
Mirzə Fətəli
Axundov adına Milli Kitabxanada Xocalı faciəsinin 15-ci
ildönümünə həsr
olunmuş "Xocalı
- əsrin faciəsi"
adlı tədbir keçirilib. Tədbirdə kitabxana direktoru
Kərim Tahirov, mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin
mədəniyyət siyasəti
şöbəsinin rəisi
Fikrət Balayev çıxış edərək
faciənin dünyaya çatdırılmasında əsas
vasitənin kitab olduğunu söyləyiblər.
Tədbirdə kitab sərgisi də təşkil edilib. Sərgidə 100-dən artıq kitab, jurnal və qəzet materialları təqdim olunub. Daha sonra kitabxananın
saytında yerləşdirilən
"Xocalı faciəsi"
adlı səhifənin
təqdimat mərasimi
keçirilib. Bunun ardınca faciələrlə
bağlı sənədli
filmlər, Gənc Tamaşaçılar Teatrının
aktyorlarının ifasında
"Qan yaddaşı"
tamaşasından fraqmentlər
nümayiş etdirilib.
"Novie russkiye babki" sarayda çıxış edib
10 ildir ki, fəaliyyət göstərən
"Novıe Russkiye Babki" qrupunun Heydər Əliyev adına Sarayda konserti keçirilib. Növbəti dəfə şəhərin qonağı
olan tanınmış
yumor qrupu "Starıye lyudi o qlavnom" adlı proqramını təqdim edib.
Qeyd edək ki, Matryona və
Tsvetoçek kimi tanınan qrup üzvləri - Sergey İvanov və İqor Kasilov proqramda müxtəlif zarafatlar, yumorlar nümayiş etdiriblər.
Rus babkiləri tanınmış müğənniləri,
siyasətçiləri parodiya
etməkdən də çəkinməyiblər. Səhnəyə
sirli görünüşlə
- qara şlyapada çıxan yumor ustaları proqram boyu tamaşaçıların
diqqətini özlərinə
cəlb etməyə nail olublar.
Onu da bildirək
ki, biletlərin qiyməti 10 manatdan 55 manata qədər olan proqrama gələnlər
kifayət qədər
idi. Rus babkiləri özlərini
Bakı tamaşaçılarına
sevdirmək üçün
başqa vasitədən
də istifadə ediblər. Tamaşaçılar
onların səhnəyə
Azərbaycan və Rusiya bayraqları ilə çıxmasını
səmimiyyət və
mehribanlıq kimi qəbul ediblər.
Ayna.-2007.-28 fevral.-S.8.