Qaxda görkəmli teatr xadimi İsmayıl Dağıstanlının 100 illik yubileyi qeyd olunmuşdur

 

Qax şəhərində Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti, iki dəfə Dövlət mükafatı laureatı İsmayıl Dağıstanlının anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsi keçirilmişdir. Mədəniyyət Turizm Nazirliyinin rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yubiley tədbirində nazir Əbülfəs Qarayev, tanınmış mədəniyyət incəsənət xadimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Nazirliyin rəhbərliyi rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə İsmayıl Dağıstanlının Qax şəhərindəki xatirə ev-muzeyinə gələrək görkəmli səhnə xadiminin büstünün önünə gül-çiçək dəstələri düzmüş, muzeylə tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, 1990- ildən fəaliyyət göstərən bu muzeydə görkəmli aktyorun həyat yaradıcılığını əks etdirən 1000-dən artıq eksponat, o cümlədən ev əşyaları nümayiş etdirilir.
Daha sonra qonaqlar ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edərək gül qoymuşlar.
Gecənin keçirildiyi Səməd Vurğun adına rayon mədəniyyət evinin foyesində görkəmli aktyorun səhnə fəaliyyətini əks etdirən sərgi təşkil olunmuşdu.
Yubiley gecəsini giriş sözü ilə açan nazir Əbülfəs Qarayev demişdir ki, uzun illərdir belə tədbirlərin paytaxtda keçirilməsi artıq ənənə şəklini almışdır. Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına yönəlmiş siyasətinin həyata keçirilməsi baxımından rayonlarda mədəniyyətin, incəsənətin inkişafı da daim diqqət mərkəzində saxlanılmalıdır. Təsadüfi deyil ki, son bir ildə nazirliyin xətti ilə keçirilən tədbirlərin böyük əksəriyyəti məhz regionların payına düşür. Keçən il Şəkidə "İpək bayramı", Göyçayda "Nar bayramı", Gəncə, Astara, Naxçıvan Sumqayıt şəhərlərində müxtəlif müsabiqələrin keçirilməsi ilə artıq yeni ənənələr yaranmışdır. Respublikada ilk dəfə olaraq Azərbaycan mədəniyyəti tarixinə böyük töhfələr vermiş görkəmli səhnə xadiminin 100 illik yubileyinin onun doğulduğu rayonda geniş ictimaiyyətin nümayəndələri ilə birlikdə qeyd edilməsi isə daha bir ənənənin başlanğıcı kimi qiymətləndirilməlidir.
Gecənin bədii hissəsində görkəmli aktyorun həyat fəaliyyəti barədə geniş məlumat verilmiş, onun yaratdığı obrazlar barədə danışılmış, çəkildiyi "Səbuhi", "Kölgələr sürünür", "Qara daşlar" digər filmlərdən parçalar nümayiş etdirilmişdir. Bildirilmişdir ki, 1907-ci ildə Qax rayonunun Zərnə kəndində anadan olan İsmayıl Yusif oğlu Hacıyev 1926-1930-cu illərdə Bakı Teatr Texnikumunda təhsil aldıqdan sonra bir müddət müxtəlif teatrlarda çalışmış, 1939-cu ildən etibarən isə Azərbaycan Dövlət Dram Teatrında əsas səhnə fəaliyyətinə başlamışdır. Çoxcəhətli aktyor olan İsmayıl Dağıstanlı yaradıcılığı dövründə müxtəlif xarakterli zəngin obrazlar qalereyası yaratmışdır. Cəfər Cabbarlının "Yaşar", "Od gəlini", "Solğun çiçəklər", Səməd Vurğunun "Vaqif", "Xanlar", İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı", Nikolay Ostrovskinin "Günahsız müqəssirlər", Şekspirin "Hamlet", "Otello" digər məşhur dramaturqların səhnə əsərlərində baş rolları ifa etmişdir.
Yubiley gecəsində Akademik Milli Dram Teatrı Bakı Kamera Teatrı aktyorlarının ifasında İ.Dağıstanlının oynadığı tamaşalardan parçalar göstərilmiş, tanınmış xanəndələrin çıxışları olmuşdur.
İcra hakimiyyətinin başçısı Abbas Göyüşov yubiley gecəsinin yüksək səviyyədə keçirilməsinə g
östərilən diqqətə görə Mədəniyyət Turizm Nazirliyinin kollektivinə rayon ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.

 

Azərbaycan.-2007.-8 fevral.-S.8.