Güllələnmiş heykəllərin fəryadı"

 

"Azersun Holding" Şirkətlər Qrupunun Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 15-ci ildönümünə həsr edilmiş "Güllələnmiş heykəllərin fəryadı" adlı tədbir keçirilib. "Azersun Holding"dən APA-ya verilən məlumata görə, tədbirdə Ədliyyə Nazirliyinin nümayəndələri faciənin şahidləri çıxış ediblər, şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad olunub.

Sonra Şuşa Musiqili Dram Teatrı tərəfindən hazırlanan faciədən bəhs edən "Güllələnmiş heykəllərin fəryadı" adlı tamaşa nümayiş etdirilib.

 

Xalq cəbhəsi.-2007.-28 fevral.-S.15.