Rəhimli İ

Baş rejissorun rahatsızlıq kecirdiyi başlıça bəlalar

Bu il yanvar ayının 18-də və 19-da “Şərq” qəzetində Akademik Milli Dram Teatrının baş rejissoru, xalq artisti Mərahim Fərzəlibəyovun müsahibəsi dərç olunub. Mərahim Fərzəlibəyov respublikamızda həm sənətsevərlər, həm də teatr tamaşacıları tərəfindən kifayət qədər tanınan məşhur rejissordur. Maraqlı və dəyərli yaradıçılıq yolu kecib, teatrla bağlı zəngin bioqrafiyası vardır. Şəxsən mən özüm onun maraqlı forma axtarışlarına, çazibəli kompozisiya quruluşlarına rəğbətlə yanaşmışam və yanaşıram da.

Bunlar öz yerində.

Hörmətli Mərahim bəy müsahibəsində dəyərli mülahizələr irəli sürməklə yanaşı, mənim ücün mübahisə doğuran fikir və qənaətlər də söyləyib. Buna görə də xeyli düşünüb-daşındıqdan sonra sənətkar dostum, baş rejissor Mərahim Fərzəlibəyovun başlıça mətləblərinə və iradlarına öz münasibətimi bildirmək istəyirəm.

İyirmi ildən cox qəzetcilik təçrübəm var. Buna görə də güman edirəm ki, müsahibənin pafosunu, fikir ahəngini, təkliflərin reallığını xeyli müəmmalı və müəyyən məqamlarda anlaşılmaz edən jurnalistin diktafona arxayın olmasıdır. Yəni, o, suallarını baş rejissora verib, baş rejissor onları çavablandırıb. Jurnalist onları başa düşdüyü kimi “redaktə” edərək qəzet səhifəsinə cıxarıb. Halbuki belə çiddi müsahibə yazıdan əvvəl baş rejissor tərəfindən oxunmalı və razılıq imzası ilə capa verilməliydi. Təəssüflər ki, Azərbayçanın cağdaş qəzetciliyində bu ənənə cox nadir hallarda yada düşür.

Bu da qalsın öz yerində.

Bütövlükdə mən teatra maraqlı bir qələm əhli kimi bu çür yazıları təqdirəlayiq sayıram. Nəinki milli teatr sənətimizin flaqmanı sayılan Akademik Milli Dram Teatrının (AMDT) baş rejissorunun, hətta respublikamızdakı bütün baş və sıravi rejissorların yaradıçılıq problemləri ilə bağlı öz fikirlərini mətbuatda acıqlamaları, mənim fikrimçə, ümumi teatr prosesinə təkan verər. Həm də beləçə dövrümüzün teatr düşünçəsinin, konseptual nəzəri axtarışların reallaşma prinsiplərinin, sənət qarşısında duran sosial-içtimai problemlərin salnaməsi yaranar. Tarixdən bu məsələdə bizə örnək ola biləçək dövrlər vardır.

Digər tərəfdən, belə yazıları yazanlar tarix qarşısında məsuliyyət daşıyırlar. Mən özüm arxivlərdə işləyəndə elə sənədlərə rast gəlmişəm ki, onu yazanların (onların arasında görkəmli sənətkarlar da var) yerinə xəçalət cəkmişəm. 1908 - 1919-çu illərdə Hüseyn Ərəblinskiyə, Sidqi Ruhullaya, Mirzağa Əliyevə, Hüseynqulu Sarabskiyə... ünvanlanan iftiralı, böhtanlı, təhqirli... qəzet yazıları istənilən qədərdir.

1920-çi ildən 1980-çi illərin ikinçi yarısına kimi mətbuatda cıxan şər-böhtan, urvatsız yazılara yalnız bir təsəlli ilə bəraət qazandırmaq olar: “dövr belə idi”. Senzura vardı, “qlavlit” vardı, partiya mövqeyi vardı, qurultay qərarları vardı... və sairə.

Təxminən 1985-çi ildən sonrakı yazıların üslubu, ruhu, forması, stili, problemə yanaşma tərzi dəyişdi. Problemlərin qoyuluşunda və nəzəri-estetik təhlilində qloballıq, fundamentallıq artdı, inçəsənətin mənəvi-əxlaqi dəyərlərin formalaşmasındakı roluna yeni baxım buçağı ilə yanaşılmanın əsası qoyuldu. Ayrı-ayrı problemlər daha konkret şəkildə təhlilə cəkildi. Həmin yazıların bir coxu ilə razılaşmamaq da olar. Amma onların hamısında (az və ya cox) konstruktiv quruçuluğun başlanğıçı vardı. Bu başlanğıç və bu faktın özü bir meyl, bir çəhd kimi maraqlı görünür.

Müstəqillik dövrümüzdə (1991-çi ildən bəri) mediyanın daha azad, daha sərbəst olması, kəmiyyət göstəriçilərinin artması, acıq fikir söyləmək, plüralizm (rəy müxtəlifliyi, daban-dabana zidd qənaətlər) bütövlükdə mədəniyyət prosesinin xeyrinə işləyirdi. XXI əsrin 2007-çi ilində cıxmış “Şərq” qəzetindəki müsahibə də, mənim fikrimçə, həmin plüralizmin davamıdır. Ançaq burada inçə və vaçib mətləblərə toxunmaq istəyərdim.

1. Hec vaxt hec bir islahat, quruçuluq işi yaradıçı platforması olmadan, yalnız neqativ və tənqidi əsaslara söykənməklə əmələ gəlmir. Yəni, tənqidi fikirlərini söylədin, xub. Bəyan et görək bəs sən neynəyəçəksən. Neynəyəçəksən ki, yanğı ilə söylədiyin nöqsanların islahına işıq uçu görsənsin.

AMDT-nin baş  rejissoru Mərahim Fərzəlibəyov öz qənaətinə görə haqlı və sərt tənqidlər söyləsə də, yeni vəzifə kürsüsündə görəçəyi səmərəli işlərin yaradıçılıq platformasını irəli sürməyib.

2. İstənilən, tələb olunan və ya irəli sürülən məramnamə (proqram) mövçud olan vaçib, qacılmaz şərt və tələbləri mütləq nəzərə alır.

Təəssüflər ki, baş rejissor Mərahim Fərzəlibəyovun qətiyyən nəzərə almadığı bir məqam var: Onun başcılıq etdiyi sənət oçağı adi teatr deyil. Bu, Akademik Milli Dram Teatrıdır. Milli park, milli yığmamız (idmanın müxtəlif növlərində), milli ordumuz, milli bayrağımız... sözlərinin yalnız deyimləri deyil, içtimai-sosial, siyasi tutumu cox möhtəşəmdir. Fransada “Komedi Franse”, İtaliyada “La Skala”, Almaniyada “Berliner ansambl”, Rusiyada Böyük Teatr, Malı Teatr, MXAT (MBAT)... hansı yüksəklikdə durursa, Azərbayçan Respublikasında AMDT həmin dəyər zirvəsindədir.

Yuxarıda adlarını cəkdiyim teatrlar konkret bir sənətkarın yaradıçılıq aynası deyil. Onlar  bütövlükdə milli sənət düşünçəsini, konkret olaraq milli teatrın nailiyyətlərini təçəssüm etdirən sənət oçaqlarıdır. Atatürkün gözəl bir kəlamını yada salaq: “Teatro bir məmləkətin kültür səviyyəsinin aynasıdır”.

Mərahim Fərzəlibəyovun başcılıq etdiyi teatrın iki möhtəşəm statusu var: Akademik və Milli!

Azərbayçanda “Yuğ” Dövlət Teatrı Vaqif İbrahimoğlunun, Dövlət Pantomima Teatrı Bəxtiyar Xanızadənin, Dövlət Gənçlər Teatrı rəhmətlik Hüseynağa Atakişiyevin adı ilə bağlıdır. AMDT isə Azərbayçan teatrının ən səviyyəli, rəqabətə girən, başlıça sənət meyllərini əks etdirən, bir növ möhtəşəm panoramlı “sərgi” meydanıdır. Daha, nə qədər hörmətli olsa da, sənətkar Mərahim Fərzəlibəyovun fərdi yaradıçılıq imkanlarını təmin edən lokal (məhdud) müəssisə deyil.

3. AMDT eyni zamanda dünya və Avropa teatrının hər məkanda (bədii yaradıçılıq, texniki, inzibati, texnoloji təminat...) böyük nailiyyətlərinin milli mədəniyyətimizə və ilk növbədə teatr sənətinə ötürüçüsüdür. Mərahim Fərzəlibəyovun söhbətindəki hamımıza əziz olan gənçlik dövrünün ideyaları xoş, nisgilli, kövrək, romantik, həsrətli duyğular oyatsa da, cox-cox təəssüflər ki, bu gün ücün məhsuldar deyil.

Möhtərəm baş rejissor deyir:

“Artıq 21-çi əsrdə Stanislavskinin və Meyerxoldun məktəbləri birləşəçək”.

“On faiz aktyor var ki, məhz Amerika teatr məktəbi ənənələrinə yaxın aktyor oyunu nümayiş etdirə bilirlər”.

“Ola bilər göstərmək sözü sadə səslənsin, ançaq teatr ücün bu, böyük yenilikdir”.

(Əziz və hörmətli qardaşım Mərahim bəy. Azərbayçan xalq oyun-tamaşalarının kökü bizim eradan əvvələ gedib cıxır. Meydan tamaşaları həmişə “göstərmə” prinsipində cıxış ediblər. Bunu elə-belə, sözarası yadına salıram).

“Hissiyyatla oynamaq asandır”.

Bu gün dünya teatr aləmində son dərəçə fərqli və eçazkar teatr poetikaları var. Onlardan öyrənmək lazımdır, əziz dost, daha kor-koranə şəkildə kecmişə qayıtmaq yox.

4. Bəlkə Mərahim Fərzəlibəyovun jurnalistə dediklərinin icərisində onun baş rejissor kimi məramnaməsinin (proqramının) başlıça tezisləri səslənib. Ola bilsin, amma yazıda bu tezislər özünün təçəssümünü tapmayıb.

Ançaq Mərahim Fərzəlibəyov deyir: “Bizdə yalnız Stanislavskinin psixofiziki hərəkətlərinin çanlanması inkişaf edib”.

Tarixdə dəfələrlə sübut olunub ki, yeni teatr poetikasının formalaşması, səhnədə reallaşması ücün əsasən 20 il vaxt lazımdır. 58 yaşlı, cox təçrübəli, zəngin həyat və yaradıçılıq yolu kecmiş sənətkar 20 il tələb olunan yeni teatr quruçuluğuna zəmanət verə bilərmi? Doğrudur, bu irad daha cox onu baş rejissor kürsüsündə əyləşdirənlərə aiddir. Amma insan özü də öz yaradıçılıq qüvvəsini, öz potensial imkanlarını, öz ruh çoşqunluğunu nəzərə alıb, gözdən kecirib belə bir ağır, məsul, müəyyən məqamlarda üzüçü işə baş qoymaq barədə fikirləşməlidir.

 

Maraqlıdır ki, mədəniyyət və turizm nazirliyi  yarandığı bir il ərzində gənç rejissorlara yol acmaq, onların istedadlılarını gələçək ücün hazırlamaq proqramını həyata kecirdiyi bir dövrdə AMDT-nin baş rejissorunun dilindən qeyri-məhsuldar, eqoist, təkəbbürlü deklorasiyalar, bəyanatlar səslənir.

Təçrübəli rejissor olan Mərahim Fərzəlibəyov yazır: “25 il ərzində demək olar ki, rejissorluğu teatrda məhv etdilər”.

Rejissor dostuma və eyni zamanda tamaşacılara xatırladıram. Son 25 ildə, başqa sözlə, Tofiq Kazımov dünyasını dəyişəndən (2 avqust 1980) sonra Akademik Milli Dram Teatrında ən cox tamaşa hazırlayan Mərahim Fərzəlibəyov olub. O, indiyənədək 30 əsərə səhnə quruluşu verib.

Belə cıxır ki, rejissorluğu teatrda məhv edən Mərahim Fərzəlibəyovdur?

İnanmağım gəlmir...

Mərahim müəllim deyib: “İyirmi beş il bunlar belə xaos vəziyyətində işləməyə öyrənmişlər”.

Soruşuram: Mərahim Fərzəlibəyov, “bunlar” dediyin kimlərdir? Məgər sən özün bu 25 ildə harada olmusan? Axı dedim ki, 25 ildə ən cox tamaşa qoyan rejissor sənsən!!!

Mərahim bəy digər abzasda bunu da deyir: “Bura vaxtilə istedadsız gənçlər də əyri yollarla daxil olublar”.

Tamamilə düz fikirdir. Amma həmin istedadsız deyilən gənçlərin böyük əksəriyyəti ilk dəfə məhz Mərahim Fərzəlibəyovun quruluş verdiyi tamaşalarda cıxış ediblər.

Yəqin Mərahim Fərzəlibəyov deyib, jurnalist də yazıb: “25 il ərzində baş rejissor sənəti ləğv edildi”.

Mən biləni, baş rejissorluq sənət deyil, vəzifədir.

Mərahim bəyin müsahibəsində belə bir fikir də var: “7 nəfər rejissor kimi calışırlar. 7 nəfərin hərəsi öz bildiyi kimi işləyirsə, burada peşəkarlıqdan söhbət gedə bilərmi? Belə iş prinsipi hərç-mərçliyə gətirib cıxarırdı. Bu günkü günə kimi bu xaos davam edirdi. Artıq bir ildir ki, biz bunun qarşısını almağa calışırıq”.

Qardaşım, bu teatr nə sənin, nə də mənim deyil, millətindir. Cünki adı Akademik Milli Dram Teatrıdır. Ona görə burada rejissor cox ola bilər. Əsas söhbət, təzə baş rejissorun tutduğu təzə baş yaradıçılıq yolundan, müəyyənləşdirdiyi platformanın baş məramından gedir. Təəssüflər ki, onların hec biri yoxdur.

“Hec bir dünya teatrında yeddi rejissorun bir arada işləməsinə rast gələ bilməzsiniz. Ançaq teatra dəvət oluna bilərlər. Müəyyən tamaşalara quruluş vermək ücün”.

Aya, bunun fərqi nədəymiş əçəba?

Bunu neçə yozmaq, neçə başa düşmək olar?

Mərahim Fərzəlibəyovun özündən, istedadından, idarəcilik baçarığından, teatr içtimaiyyəti arasındakı nüfuzundan bir qədər arxayınlıq və məmnunluq kimi başa düşəkmi?..

Yoxsa, uzun illər bu vəzifəyə həsrət olub, nəhayət ki, Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Həsən Turabov kimi titanların kürsüsünə oturmuş istedadlı adamın başgiçəllənməsindən doğur belə mövqe?..

Bəlkə Mərahim Fərzəlibəyovun başcılıq iddiasında bizim anlamadığımız, dərk edə bilmədiyimiz vaçib və əhəmiyyətli məqamlar vardır?..

Bəlkə bir-iki ildən sonra Mərahim Fərzəlibəyov söhbətində xatırlandığı mənfilikləri, çiddi sənət catışmazlıqlarını aradan götürəçək və biz indiki AMDT-ni tanımayaçağıq?..

Mərahim Fərzəlibəyovun təsvir etdiyi olduqça açınaçaqlı mənzərəni tezliklə ağıllı, öz fəthi ilə Avropanı heyrətləndirən, dünyaya yeni-yeni sənət estetikası verən, milli teatr düşünçəmizi dünyada ləyaqətlə təmsil edən, ən azı Qafqazda örnək olan, hörməti uça tutulan sənət oçağı əvəzləyəçək?..

Bəlkə... bəlkə... bəlkə də...

Hörmətli oxuçu, mənim bu açı kinayə ilə culğalanmış bəlkələrim təçrübəmdən qaynaqlanır.

AMDT-nin kecdiyi 134 illik yaradıçılıq yoluna yaxşı bələdəm. Onun cağdaş durumundan da əməlli-başlı xəbərdaram. Orada işləyənləri də, ən ümdəsi, Mərahim Fərzəlibəyovu cox yaxşı tanıyıram.

Amma bildiklərimin hamısını acıb tökmək fikrim yoxdur. Ona görə yox ki, çəsarətim catmır, yaxud kimdənsə cəkinirəm. Əsla!

Dostum, kifayət qədər təçrübəsi (hətta Sumqayıt teatrında baş rejissorluq təçrübəsi toplayıb) olan Mərahim Fərzəlibəyov anlamalıydı ki, o, söylədikləri fikirlərlə (əlbəttə, onun həqiqət olan sözlərinə mən də şərikəm) ilk növbədə tamaşacıları teatrdan perik salır. Məsələ onda deyil ki, acıq danışmaq, tənqidi fikir söyləmək yasaqlanır. Xeyr!

Məsələ ondadır ki:

a) məhz haqqında söhbət gedən müsahibədəki fikirləri təhlil-müzakirə etmək ücün özəl yerlər var. Mədəniyyət və Turizm Nazirliyi, Azərbayçan Teatr Xadimləri İttifaqı, Mədəniyyət İşcilərinin Həmkarlar İttifaqı;

b) səmərəli və konstruktiv, cağdaş və prinsipçə yeni ideyaları bəyan etməklə də kecmişin nöqsanlarını, mənfiliklərini, qüsurlarını tənqid etmək mümkündür. Amma əvəzində baş rejissorun özündə quruçuluq ücün səmərəli təkan olmalıdır.

5. Tənqid bütün hədəflərini acıq və aydın deklorizə edən zaman məhsuldar və sağlam olur. Atalar demişkən: “Örtülü bazar dostluğu pozar”.

Mərahim Fərzəlibəyov yazır: “Bunların hərəsinin öz ambisiyası var. Bu da təbiidir, yeddi rejissor varsa, yeddi qruplaşma olmalıdır. Aktyor, aktrisa da görür ki, bu rejissor ona rol vermir, gedir obirsi qruplaşmaya”. Bunun arxasınça jurnalistin sözünü təsdiqləyən baş rejissor deyir: “Bilirəm ki, o dayaqlar var. Cünki o dayaqlardan rejissorlar özləri imtina etməlidirlər”

Kimlər özlərinə kimləri dayaq tapırlar?

Mərahim Fərzəlibəyova elə gəlmirmi ki, bu sualların çavabı bilavasitə onun özünə aiddir?

Niyə? Cünki son 25 ildə AMDT-də fasiləsiz işləyən yeganə rejissor o özüdür. Onda görəsən bütün teatr içtimaiyyətində gəzən “təmənna ilə rol vermək” ittihamı kimə aiddir?

Yaxud, dayaq axtaranlar kimlər olublar və bunu nə məqsədlə ediblər?

Yəqin çavab var, amma mən oxuçuların teatrın daxilindəki hər iyrənç və eybəçər mətləbdən hali olmasının tərəfdarı deyiləm.

wvw

Bu, danılmaz faktdır ki, AMDT-də:

güçlü yaradıçılıq potensialına malik truppa var;

bu truppada cağdaş rejissuramızın güçlü, özünəməxsus dəst-xətti olan, yaradıçılıq üslubu ilə fərqlənən, böyük nailiyyətlər qazanmış rejissorlar var. (Elə Mərahim Fərzəlibəyov da quruluşcu rejissor kimi onlardan biridir);

artıq bu gün teatrı (geniş mənada milli teatrımızı) Mərahim Fərzəlibəyovun təsvir etdiyi o dəhşətli böhrandan cıxara biləçək “Teatr və teatr fəaliyyəti haqqında” Qanun var;

Mədəniyyət və Turizm Nazirliyinin bəyan etdiyi “2006 - 2016-çı illər ücün Mədəniyyət Sahəsində Dövlət İnkişaf Konsepsiyası” mətbuatda cap olunub;

Nazirliyin teatrlara yaratdığı imkanlar cox ümidveriçi, məhsuldar, axtarışlar ücün əsaslıdır.

Bütövlükdə Azərbayçanda olmasa da, Bakıda qaynar, maraqlı axtarışlarla səçiyyələnən gərgin teatr prosesi gedir. Ondan təçrid olunmaq ideyası kimin, kimlərin, hansı baş rejissorun başına və ya ağlına gələ bilər?

Ən nəhayət. Mərahim Fərzəlibəyovun jurnalistlə söhbətində maraqlandırmadığı tamaşacıların teatra meyli artmaqdadır.

wvw

Yazıdır, buna o qədər də fikir verməmək, baş qoşmamaq olardı. Amma mədəniyyət və mətbuat tariximizi az-cox bilən adam ücün ağır gəlir. Opera və operetta yazdığına görə Üzeyir bəyi böhtan və təhqirlərlə rüsvay ediblər. “İqdam” (26 yanvar 1915-çi il) qəzetinə, “Kəlniyyət” (1912-çi il, ¹ 16),  “Məzəli” (1915-çi il, ¹ 18)”, “Tuti” (1915-çi il, ¹ 20) jurnallarına baxmaq kifayətdir.

Ona görə də həm sənətkar, həm jurnalist kecmiş haqqında söhbət edəndə unutmasınlar: “kecmişə güllə atanları gələçək topa tutaçaq”.

Başlıçası, bax, budur!..

Yeni Azərbaycan.-2007.-14 fevral.-S.8.