Samirə
İsmayıl Dağıstanlı
- 100
Azərbaycanın Qax rayonunda
görkəmli teatr xadimi İsmayıl
Dağıstanlının (Hacıyev) 100 illik yubileyi qeyd olunub.
Azərbaycan teatr və kino sənətində öz yeri olan,
SSRİ xalq artisti, iki dəfə dövlət mükafatı
laureatı İsmayıl Dağıstanlının yubiley
tədbiri Mədəniyyət və Tıırizm Nazirliyi, Qax
rayon İcra Hakimiyyətinin dayağı sayəsində
baş tutub. Tədbirdə nazir Əbülfəs Qarayev,
Qaxın tanınmış mədəniyyət və
incəsənət xadimləri iştirak ediblər.
S.Vurğun adına Mədəniyyət Evində gerçəkləşən
tədbirdə sənətkarın həyat və
yaradıcılığını əks etdirən sərgi
də təşkil edilib. Tədbirin bədii hissəsində
İ.Dağıstanlının
yaradıcılığından bəhs olunub,
çəkildiyi "Səbuhi", "Qara daşlar"
və digər fılmlərdən fraqmentlər göstərilib.
İsmayıl Yusif oğlu Hacıyev 1907-ci ildə Qax rayonunun Zərnə kəndində dünyaya gəlib. Bakı Teatr Texnikumunu bitirdikdən sonra 1926-30-cu illərdə müxtəlif teatrlarda çalışıb. 1939-cu ildə Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyoru olub. Yaradıcılığı boyu müxtəlif xarakterli obrazlar yaradan İ.Dağıstanlı C.Cabbarlının "Yaşar", "Od gəlini", "Solğun çiçəklər", S.Vurğunun “Vaqif”, "Xanlar", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Ostrovskinin "Günahsız müqəssirlər", V.Şekspirin "Hamlet", "Otello" vo digər səhnə əsərlərində baş rollarda çıxış edib.
Həftə içi.- 2007.- 8 fevral.- S. 8.