Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında həqiqətləri dünyaya yayır

 

Heydər Əliyev Fondu yarandığı vaxtdan Azərbaycan həqiqətlərini, Ermənistanın ölkəmizə qarşı təcavüzünü, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verir. Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ötən ilQarabağ həqiqətləribukletlər toplusunun təqdimat mərasimindəki çıxışında demişdir:
Bu gün Azərbaycanın ən böyük, ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ölkəmizin qarşısında duran ən mühüm məsələ budur. Min il öncə olduğu kimi, bu gün hər bir millətin qarşılaşa biləcəyi ən böyük haqsızlıq, ən böyük faciə təcavüz torpağının işğalıdır. Azərbaycan xalqı artıq 17 ildir ki, belə bir haqsızlıqla üzləşmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. 20 mindən artıq insan həlak olmuş, 50 mindən çox adam yaralanmış əlil olmuşdur. 1 milyondan artıq insan 10 ildən çoxdur ki, öz doğma torpağından didərgin düşərək, qaçqın məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanlılar ermənilər tərəfindən soyqırıma etnik təmizləmə siyasətinə məruz qalmışlar. Bir milyondan çox soydaşımızın insan hüquqları tapdanmışdır. Bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olan Xocalı soyqırımı Azərbaycanın XX əsr tarixinin ən ağır faciəsidir.
Bütün bu reallıqlar, bütün bu həqiqətlər bizim ən ağır problemimizdir biz artıq bu reallıqlarla, bu həqiqətlərlə XXI əsrə qədəm qoymuşuq. Bütün bu həqiqətləri, bütün bu hadisələri, faktları, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəb nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, on illərdir erməni diasporu tərəfindən yayılan yalan uydurmaların qarşısını almaq Heydər Əliyev Fondunun fəaliyyətində həmişə mühüm yer tutur".
Bu istiqamətdə görülən məqsədyönlü 2005-ci ildə fondun yaratdığı geniş məlumat bazasına malikAzərbaycanportalının internet şəbəkəsinə qoşulması ilə başlamışdır. Portalda Qarabağ müharibəsi, Ermənistanın Azərbaycana təcavüzü, işğal olunmuş ərazilərdə yerli əhaliyə qarşı törədilən azğınlıq, tarix-memarlıq abidələrimizin vəhşicəsinə dağıdılması barədə faktlar öz əksini tapmışdır.
İndi on beş illiyini sonsuz ağrı-acı ilə qeyd etdiyimiz Xocal
ı soyqırımı da portalda ayrıca bölmə kimi təqdim olunmuş, 1992-ci ilin fevralında erməni quldurlarının törətdiyi qırğın haqqında geniş məlumatla yanaşı, burada qanlı faciəni əks etdirən fotoşəkillər yerləşdirilmişdir.
Fondun nəşr etdiyiQarabağ həqiqətləribukletlər toplusunda da Xocalı soyqırımı, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında ətraflı informasiya vardır. Toplu ingilis, fransız, rus, alman macar dillərində çap olunaraq, bir çox xarici ölkələrdə yayılmışdır. Hazırda bu nəşrin başqa dillərə tərcüməsi davam edir.
Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar isə Heydər Əliyev Fondu xüsusi layihə həyata keçirməyə başlamışdır. Layihə çərçivəsində Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qırğınla bağlı Rusiya, Türkiyə, Fransa, Macarıstan, Rumıniya, Belçika, Avstriya, Almaniya, Çexiya, İsveçrə Gürcüstanda silsilə tədbirlər keçiriləcəkdir.
Xarici ölkələrdə keçiriləcək anma mərasimləri Heydər Əliyev Fondunun ingilis, rus türk dillərində hazırladığıXocalı soyqırımıfilminin nümayişi ilə başlayacaqdır. Mərasimlərə dəvət olunanlar erməni şovinistlərin Xocalıda törətdiyi vəhşilikləri əks etdirən fotoşəkillərlə müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallarla tanış olacaqlar. Bu tədbirlərdə Heydər Əliyev Fondunun ümumtəhsil məktəbləri uşaq evlərində keçirdiyiXocalı uşaqların gözü iləmövzusunda rəsm müsabiqəsinin seçmələrindən ibarət ekspozisiyalar da təqdim olunacaqdır.
Bu aksiyalardaQarabağ həqiqətləritoplusunun geniş ictimaiyyət arasında yayımı da nəzərdə tutulmuşdur. İctimai rəyi formalaşdırmağa yönələn bu kimi tədbirlər Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa, Lidiçe, Tbilisi başqa şəhərlərin sakinlərinə Xocalı soyqırımı haqqında obyektiv dürüst informasiya almağa imkan yaradacaqdır.
Keçirilən aksiyaların xarici ölkələrin kütləvi informasiya vasitələrində

 

 Xalq qəzeti.-2007.-22 fevral.-S.2.