"Yuğ" teatrı Norveçdə layihədə
iştirak edib
"Yuğ" Dövlət Teatrının
aktrisası Yaqut Paşazadə
Norveçin Kirkenes
şəhərində Pikene Pa Broenart-təşkilatı
tərəfindən keçirilən "Barent spektakel-2007" teatr layihə sində iştirak edib. Bu barədə
APA-ya teatrda məlumat verilib. Məlumatda
bildirilib ki, beynəlxalq layihə
artıq bir neçə ildir keçirilir və Azərbaycan ikinci dəfədir
layihədə təmsil olunur. Yanvann 6-da səfərdən qayıdan Y.Paşazadə
layihə çərçivəsində
hazırlanan tamaşalarda da
oynayıb. Yaxın zamanlarda "Yuğ"
Teatrında Afaq Məsudun "Mən
onu sevirəm" əsəri əsasında eyniadlı tamaşanın premyerası
keçiriləcək.
Tamaşa Vaqif İbrahimoğlunun
quruluşunda hazırlanır.
Xalq cəbhəsi.-
2007.- 8 fevral.- S. 15.