"Məkkəyə yol"un yubileyi qeyd olunub

 

Kamera Teatrında uzun illər repertuardan düşməyən "Məkkəyə yol" tamaşasının 15 illiyinə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət işçilərinin, o cümlədən teatr xadimlərinin iştirak etdiyi tədbirdə "Məkkəyə yol" tamaşasının uğurlarından, rəngarəng obrazlar yaratmış aktyorların oyunundan söz açılıb. Bunun ardınca tamaşa nümayiş etdirilib.

Qeyd edək ki, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povesti əsasında Xalq artisti Cənnət Səlimovan quruluş verdiyi tamaşada əsas rollarda Əməkdar artist Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Leyli Vəliyeva, İlqar Cahangirov başqaları çıxış ediblər.

 

Kaspi.- 2007.- 20 fevral.- S. 17.