Zəhra

 

 

Balerina Leyla Vəkilovanın xatirəsi anılıb

 

Opera və Balet Teatrında tanınmış balerina, SSRİ xalq artisti Leyla Vəkilovanın 80 illik yubileyinə həsr olunan xatirə gecəsi düzənlənib. L.Vəkilova Azərbaycanın ilk balerinalarından olan Qəmər Almaszadənin tələbəsidir. O, Opera Balet Teatrının truppasının solisti kimi uzun illər fəaliyyət göstərib. Milli klassik baletlərdə unudulmaz obrazlar yaradıb. Tədbirdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev L.Vəkilovanın yaradıcılığından danışıb: "Leyla Vəkilova Azərbaycan balet məktəbinin inkişafında əvəzsiz rol oynayıb. Ölkəmizdə baletin inkişafında, tanınması yolunda o, böyük əmək sərf edib. Onun yaratdığı gözəl obrazlar bu gün insanların yaddaşındadır. Bu il yanvarın 29-da onun 80 yaşı tamam olacaqdı. Bu münasibətlə nazirlik tərəfindən balerinanın xatirəsinə həsr olunan tədbir keçirilməsi qərara alındı". Sonra teatrda Leyla Vəkilovanın vaxtilə əsas partiyanı ifa etdiyi Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baleti nümayiş olunub. Baletin quruluşçu rejissoru Fərhad Bədəlbəylidir. Qeyd edək ki, fevralın 4- Opera Baldet Teatrında Polad Bülbüloğlunun "Eşq ölüm" tamaşası nümayiş olunacaq. P.Bülbüloğlunun ad günü münasibətilə oynanılacaq tamaşada İslam İslamov, xalq artisti Təranə Muradova, Rüfət Xəlilzadə, teatrın solisti Samir Səmədov çıxış edəcəklər. "Eşq ölüm" ilk dəfə olaraq teatrın solisti Yuliya Kalmakova da oynayacaq. Xatırladaq ki, bu tamaşa 2005-ci ildə Rusiya Akademik Böyük Teatrı Sankt-Peterburqda Marinsk adına Akademik Opera Balet Teatrında göstərilib.
   

525-ci qəzet.-2007.-2 fevral.-S.7.