"Xocalı - əsrin faciəsi"

 

Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Xocalı faciəsinin 15-ci ildönümünə həsr olunmuş "Xocalı - əsrin faciəsi" adlı tədbir keçirilib. Tədbirdə kitabxana direktoru Kərim Tahirov, Mədəniyyət Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin mədəniyyət siyasəti şöbəsinin rəisi Fikrət Balayev çıxış edərək faciənin dünyaya çatdırılmasında əsas vasitənin kitab olduğunu söyləyiblər.

Tədbirdə kitab sərgisi təşkil edilib. Sərgidə 100-dən artıq kitab, jurnal qəzet materialları təqdim olunub. Daha soraa kitabxananın saytında yerləşdirilən "Xocalı faciəsi" adlı səhifənin təqdimat mərasimi keçirilib. Bunun ardınca faciələrlə bağlı sənədli filmlər, Gənc Tamaşaçılar Teatrının aktyotlarının ifasında "Qan yaddaşı" tamaşasından fraqmentlər nümayiş etdirilib.

 

Ayna.- 2007.- 28 fevral.- S. 8.