Xocalı
faciəsi soyqırımıdır
Akademik Milli
Dram Teatrının kollektivi Milli Məclisə müraciət
ünvanlayıb
Bir neçə gündən
sonra Xocalı faciəsi kimi tanınan dəhşətli
qətliamın törədilməsinin
15 ili tamam olur. Bu qətliam
təkcə Azərbaycana
yox, həm də türk dünyasına, insanlığa
qarşı törədilmiş
soyqırım idi. Dünən Akademik Milli Dram Teatrının
yaradıcı kollektivi
Xocalı soyqırımının
15 illiyi münasibəti
ilə Azərbaycan Respublikası Milli Məclisinə müraciət
ünvanlayıb. Teatrın direktoru,
Əməkdar Mədəniyyət
İşçisi Maqbet
Bünyadovun və xalq artistləri Mərahim Fərzəlibəyov,
Siyavuş Aslan, Yaşar Nuriyev, Kamal Xudaverdiyev, Nurəddin Quliyev, Bəsti Cəfərova, Firəngiz Mütəllimova,
Ramiz Məlikov, Zenfira Nərimanova, Rafiq Əzimov, Məleykə Əsədova,
Elxan Ağahüseyn, Ramiz Novruz, Şüküfə Yusupova,
Hacı İsmayılov,
Zərnigar Ağakişiyeva,
Laləzar Mustafayeva, Azər Nemətov, Ağakişi Kazımov, Telman Adıgözəlov,
Rafael Dadaşov, İlham Əsgərov və başqalarının
imzası ilə göndərilmiş müraciətdə
deyilir: “Xocalı soyqırımı Ermənilər
tərəfindən Azərbaycan
xalqına qarşı
törədilmiş ən
dəhşətli soyqırımdır.
Və bu soyqırımı dünya
ictimaiyyətinə çatdırmaq
bizim borcumuzdur.
Azərbaycan dövləti,
ölkəmizin ictimai-siyasi
qüvvələri XX əsrin
ən böyük, ən qanlı cinayəti olan Xocalı soyqırımına
siyasi qiymət verilməsi tələbi ilə beynəlxalq qurumlara, dünya dövlətlərinə dəfələrlə
müraciət etmişdir.
Bu faciəni özündə əks etdirən sənədlər,
foto-şəkillər,
video-yazılar nümayiş etdirilmişdir.
Lakin təəssüflər olsun
ki, insanlığa qarşı törədilən
bu vəhşiliyə
hələ də siyasi qiymət verilməyib.
Hörmətli
Millət vəkilləri!
Bütün
Azərbaycan ziyalıları
adından, Akademik Milli Dram Teatrının
kollektivi adından Sizə müraciət edirik:
Xocalıda erməni
faşistlərinin törətdikləri
qanlı cinayətin soyqırım kimi tanınması və bu vəhşiliklərin bilavasitə iştirakçılarının
müttəhimlər kürsüsündə
oturmaları üçün
tələbimizi dünya
təşkilatlarına, parlamentlərinə
çatdırasınız. Qoy bilsinlər ki, Xocalı faciəsi erməni millətçilərinin xalqımıza
qarşı apardığı
düşmənçilik siyasətinin
qanlı səhifəsidir:
Soyqırımıdır!”Milli Məclisə
ünvanlanmış müraciətə Əməkdar
Artistlər Azər Mirzəyev, Sevil Xəlilova, Əsgər
Məmmədoğlu, Sabir Məmmədov, Cəfər Əhmədov,
Sadıq İbrahimov, Səidə Quliyeva, Pərviz
Bağırov, Əjdər Həmidov, Hicran Nəsirova, Mehriban
Xanlarova, Mətanət Atakişiyeva, Sənubər İsgəndərova,
Elxan Quliyev, Əli Nurzadə, Kubrabəyim Əliyeva, Telman
Əliyev, Firuz Xudaverdiyev, Sevinc Əliyeva, Kazım Abdullayev,
Münəvvər Əliyeva, Kazım Həsənquliyev,
Rəşid Rzayev, Naxçıvan MR-nın
Əməkdar İncəsənət Xadimi Mehriban
Ələkbərzadə də imza atıblar.
Yeni
Azərbaycan.-2007.-23 fevral.-S.8.