Xocalıda
törədilən qırğınlar bütün dünyaya
yayılacaq
Ölkəmizin
qarşısında duran ən mühüm məsələ
budur. Min il öncə olduğu kimi, bu gün də hər bir
millətin qarşılaşa biləcəyi ən
böyük haqsızlıq, ən böyük faciə
təcavüz və qınağının
işğalıdır. "Azərbaycan xalqı artıq 17
ildir ki, belə bir haqsızlıqla üzləşmişdir. Ermənistanın
hərbçi təcavüzü nəticəsində torpaqlarımızın
20 faizi işğal altındadır. 20 mindən artıq insan
həlak olmuş, 50 mindən çox adam yaralanmış
və əlil olub. 1 milyondan artıq insan 10 ildən çoxdur
ki, öz doğma torpağından didərgin
düşərək, qaçqın və məcburi
köçkün vəziyyətində yaşayır"
deyən Fondun prezidenti vurğulayıb ki, azərbaycanlılar
ermənilər tərəfindən soyqırıma və etnik
təmizləmə siyasətinə məruz qalıblar.
Bütün bəşəriyyətə qarşı tarixi bir
cinayət olan Xocalı soyqırımı Azərbaycanın
XX əsr tarixinin ən ağır faciəsidir. "Bütün
bu reallıqlar bütün bu həqiqətlər bizim ən
ağır problemimizdir və biz artıq bu reallıqlarla, bu həqiqətlərlə
XXI əsrə qədəm qoymuşuq . Bütün bu
həqiqətləri, bütün bu hadisələri,
faktları, Dağlıq Qarabağ münaqişəsinin
əsl səbəb və nəticələrini beynəlxalq
ictimaiyyətə çatdırmaq, informasiya blokadasını
yarmaq, on illərdir erməni diasporu tərəfindən
yayılan yalan və uydurmaların qarşısını
almaq Heydər Əliyev Fondunun fəaliyyətində
həmişə mühüm yer tutur" deyə Mehriban
Əliyeva bildirib. Toplantıda qeyd edilib ki, bu istiqamətdə
görülən məqsədyönlü iş 2005-ci
ildə Fondun yaratdığı və geniş məlumat
bazasına malik "Azərbaycan" portalının internet
şəbəkəsinə qoşulması ilə başlanıb.
Portalda Qarabağ müharibəsi, Ermənistanın
Azərbaycana təcavüzü, işğal olunmuş
ərazilərdə yerli əhaliyə qarşı
törədilən azğınlıq, tarix-memarlıq abidələrimizin
vəhşicəsinə dağıdılması
barədə faktlar öz əksini tapıb. On beş illiyini
sonsuz ağrı-acı ilə qeyd etdiyimiz Xocalı soyqırımı
da portalda ayrıca bölmə kimi təqdim olunub, 1992-ci ilin
fevralında erməni quldurlarının törətdiyi
qırğın haqqında geniş məlumatla yanaşı,
burada qanlı faciəni əks etdirən
fotoşəkillər də yerləşdirilib. Fondun
nəşr etdiyi "Qarabağ həqiqətləri" bukletler
toplusunda da Xocalı soyqırımı, erməni təcavüzünün
nəticələri, erməni terror təşkilallarının
Azərbaycana qarşı fəaliyyəti haqqında
ətraflı informasiya var. Toplu ingilis, fransız, rus, alman
və macar dillərində çap olunaraq, bir çox xarici
ölkələrdə yayılıb. Hazırda bu
nəşrin başqa dillərə tərcüməsi davam
edir. Xocalı soyqırımının 15-ci
ildönümü ilə əlaqadar isə Heydər Əliyev
Fondu xüsusi layihə həyata keçirməyə başlayıb.
Layihə çərçivəsində Ermənistan silahlı
qüvvələrinin Xocalıda törətdiyi qırğınla
bağlı Rusiya, Türkiyə, Fransa, Macarıstan,
Rumıniya, Belçika, Avstriya, Almaniya, Çexiya,
İsveçrə və Gürcüstanda silsilə
tədbirlər keçiriləcək. Xarici
ölkələrdə keçiriləcək anma mərasimləri
Heydər Əliyev Fondunun ingilis, rus və türk dillərində
hazırladığı "Xocalı soyqırımı"
filminin nümayişi ilə başlayacaq. Mərasimlərə
dəvət olunanlar erməni şovinistlərin Xocalıda törətdiyi
vəhşilikləri əks etdirən
fotoşəkillərlə və müxtəlif illərdə
xarici ölkələrin nüfuzlu nəşrlərində
Xocalı faciəsi haqqında dərc edilmiş materiallarla
tanış olacaqlar. Bu tədbirlərdə Heydər
Əliyev Fondunun ümumtəhsil məktəbləri və uşaq
evlərində keçirdiyi "Xocalı uşaqların
gözü ilə" mövzusunda rəsm müsabiqəsinin
seçmələrindən ibarət ekspozisiyalar da təqdim
olunacaq. Bu aksiyalarda "Qarabağ həqiqətləri" toplusunun
geniş ictimaiyyət arasında yayımı da
nəzərdə tutulub. İctimai rəyi formalaşdırmağa
yönələn bu kimi tədbirlər Moskva, Berlin, Strasburq,
Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa,
Lidiçe, Tbilisi və başqa şəhərlərin
sakinlərinə Xocalı soyqırımı haqqında
obyektiv və dürüst informasiya almağa imkan yaradacaq. Keçirilən
aksiyaların xarici ölkələrin kütləvi informasiya
vasitələrində işıqlandırılması
üçün də tədbirlər görülür.
Şərq.- 2007.- 22 fevral.- S.4.