Ələkbərzadə Ç.
Sumqayıtın
mədəniyyət müəssisələri bərbad
vəziyyətdədir
Məlumdur ki, respublikamızda
mədəni tərəqqi bu gün ən taleyüklü
məsələyə çevrilmişdir. Şübhəsiz
ki, bu mühüm, vacib prosesdən heç kəs
özünü ayrı təsəvvür edə bilməz.
Çox
təəssüf ki, respublikamızın ən böyük
şəhərlərindən biri olan Sumqayıtda
milli-mədəni dəyərlərimiz, mədəniyyət
müəssisələri son dərəcə yarıtmaz
vəziyyətdədir. Təbii ki, buna başlıca səbəb
şəhər mədəniyyət və turizm idarəsinin
səhlənkarlığı, işə laqeyd
münasibəti olmuşdur.
Aparılan müşahidələr
əsasında tam qətiyyətlə demək olar ki,
Sumqayıtda "fəaliyyət" göstərən
mədəniyyət müəssisələrinin əksəriyyəti
bərbad vəziyyətdədir.
Aydınlıq
üçün bildirək ki, Sumqayıt Mədəniyyət
və Turizm İdarəsinin tabeçiliyində 8 mədəniyyət
evi, 7 klub, 4 kinoteatr, 5 musiqi məktəbi, Dövlət
Pəsm Qalereyası, tarix muzeyi, mərkəzi kitabxana və
onun 20-yə yaxın filialı, mədəniyyət
və istirahət parkı fəaliyyət göstərir. Şəhərin
mərkəzində yerləşən "İnşaatçılar",
"Beteron", "Gənclik" və s. klub və kinoteatrlar
qaçqın və köçkünlər
tərəfindən zəbt olunmuşdur. Şəhərin
digər klub və mədəniyyət evlərində
görülən işlər günün tələbləri
səviyyəsində qurulmur.
Sumqayıtın
əməksevər insanları İttifaq dövründə
kinoteatrları və klubların fəaliyyətlərini yaxşı
xatırlayırlar. İnsanlar axm-axın kinoteatrlara
axışar, yeni film və tamaşalara baxmaqdan doymazdılar...
Təəssüf ki,
hazırda kino-teatr və klublarda nəinki kino-tamaşa
göstərilir, əksinə, həmin müəssisələr
ayrı-ayrı vətəndaşlara icarəyə
verilmişdir. Məlumat üçün bildirək ki,
şəhərdəki "Vaqif", "Nizami",
"Qaradağ" və "Kosmos" kinoteatrlarında
qapı-pəncərə və digər əşyalar
hazırlayan sexlər fəaliyyət göstərirlər.
Şübhəsiz ki,
şəhərin mədəniyyət
müəssisələrinin belə iflic vəziyyətinə
əsas səbəb, şəhər mədəniyyət
və turizm idarəsinin müdiri Natiq Vəsulovun
səriştəsiz və yarıtmaz rəhbərliyinin nəticəsində
olmuşdur.
Məlumat
üçün bidirək ki, ötən illər
ərzində şəhər mədəniyyət və turizm
idarəsi mədəniyyət obyektlərinin maddi-texniki bazasının
möhkəmləndirilməsi, təlim-tikinti işlərinin
aparılması sahəsində heç bir qətiyyətli addım
atmamışdır. Bunun nəticəsində
şəhərin mədəniyyət evləri, klubları,
kinoteatrları, kitabxanaları və s.
müəssisələri bərbad və acınacaqlı bir
vəziyyətə düşmüşdür.
Haqlı olaraq ortaya
belə bir sual çıxır: Görəsən Sumqayıt
şəhər Mədəniyyət və Turizm idarəsinə
cari və əsaslı təmir üçün ayrılan
vəsait hara xərclənib?
Təqdirəlayiq
haldır ki, Sumqayıt şəhər İcra
Hakimiyyətinin başçısı Vaqif Əliyevin
şəxsi təşəbbüsü ilə
şəhərdəki Dövlət Rəsm Qalereyası,
Bülbül adına 2 saylı musiqi məktəbi və tarix
muzeyi əsaslı təmir edilərək istifadəyə
verilmişdir.
Son olaraq qeyd etmək
istəyirik ki, insanlar həmişə mədəniyyət
işçilərinə dərin rəğbət
bəsləmiş və onların yolunu səbirsizliklə
gözləmişlər. Odur ki, insanlara nümunəvi
xidmət göstərmək, onların mənalı
istirahətini təmin etmək, arzu və istəklərini
layiqincə yerinə yetirmək hər bir mədəniyyət
işçisinin müqəddəs borcu olmalıdır.
Unutmamalıyıq ki,
insanlara mədəni xidmət etmək zamanın tələbi
olmaqla yanaşı, bizim də həm vəzifə, həm
də vətəndaşlıq borcumuzdur.
Ədalət.- 2007.- 2 fevral.- S.4.