İsmayılqızı X.
Xocalı
harayı
Artıq dünya
səsimizi eşidir
On beş il bundan əvvəl 366 -cı rus moto-atıcı
diviziyası əsgərlərinin və erməni
yaraqlılarının Xocalıda törətdiyi
qırğınları ötən əsrin
müsibətləri adlandırılan Xatun, Sonqmi
faciələrindən daha dəhşətli hesab
etməyə haqqımız var. Dünyanın
hansı guşəsində
olursa- olsun kütləvi insan qətliamı ilə nəticələnən bütün
vəhşiliklər insanlığa
yaraşmayan qəddarlıqdır.
Ancaq bir məsələ var ki, Xatundakı (Belarus), Sonqmidəki (Vyetnam) qırğınları
törədənlər alman
və amerikan hərbçiləri olmuşlar.
Niyyət nə olursa -olsun ortada
insan tələfatı
varsa bu cür qanlı hadisələr pislənilməli,
tarixdə bir daha təkrarlanmaması üçün dünya ictimaiyyəti etiraz səslərini ucaltmalıdır.
Sovetlər dönəmində
yaşadığımız illərdə adları çəkilən və dərsliklərdən hər
iki faciədə baş verənləri dönə-dönə oxuduğumuz və qətlə yetirilən günahsızların taleyinə
acıdığımız halda öz dərdimizi
içərimizdə çəkməyə
məhkum olduq.
Bəla bundadır ki, bizim qan
düşmənlərimiz illərdən
bəri eyni süfrədən bəhrələndiyimiz
“ailə üzvlərimiz”
oldu. Artıq 15 ildir deyirik
ki, Xocalı şəhəri bir gündə ermənilərin
təhriki ilə 366-cı diviziyanın başıpozuq əsgərləri
tərəfindən yandırıldı,
yox edildi. 613 nəfər dinc əhali, o cümlədən
63 uşaq, 106 qadın
vəhşicəsinə öldürüldü.
1275 sakin- qoca, uşaq, cavan əsir aparılaraq olmazın təhqirlərə
məruz qaldılar. Lakin bu günədək
əsil günahkarların
cəzalandırılmasına nail ola bilməmişik.
Çünki faciə
törədilən vaxt
qırğının əsil
mahiyyəti və səbəbkarları nəinki
dünya ictimaiyyətindən,
xalqdan belə gizlədildi.
Ermənilər tərəfindən mühasirəyə alınan
xocalılıların yardım
üçün etdikləri
müraciəti hesaba almayaraq, yalan vədlər verməklə
yerli əhalini arxayın salan, Moskvanın göstərişlərini
sözsüz yerinə
yetirən, milli heysiyyatları olmadığı
halda Azərbaycana o dövrdə rəhbərlik edən “iqtidarlar”ın kreslolarını qorumaq naminə hər cür alçaqlığa əl
atdıqları vaxtda AXC-Müsavat cütlüyü
hakimiyyət uğrunda
mübarizə aparırdılar.
Belə bir şəraitdə stul davasının güdazına
gedən dinc sakinlər milli xəyanətin qurbanı oldular.
Faciə
baş verən günün səhəri
“ Xocalıda 3-4 nəfərin
öldürüldüyü” xəbərini məcburən
yaymaqla Kreml qarşısında “ tarixi
borcunu yerinə yetirən”, əsil vəziyyəti xalqdan gizlətməyə çalışan
Ayaz Mütəllibov və onun komandası
tarixi bir xəyanətə, cinayətə imza atdılar.
Faciənin şahidi olanların
dilindən eşitdiklərimiz,
yazılanlardan oxuduğumuz
vəhşiliklər doğrudan
da ağlasığmaz
dərəcədə dəhşətli
olub. İnsanları diri-diri yandırmaq, ermənilərin baş ideoloqu kimi tanınan
Zori Balayanın dediyi kimi divara
mismarlamaq, tanklar altında əzmək yalnız daşnaklara
məxsus vəhşilikdir.
Ötən əsrdə
azərbaycanlılara qarşı
bir neçə dəfə qətliamlar törədən daşnak
tör- töküntüləri
Xocalıda ata-babalarından miras qalmış qaniçənlik
ənənənlərini bir
daha təkrarladılar.
Ancaq günahsız dinc sakinlərin başına açılan
müsibətlər video-
lentlərə köçürülərək
dünya ictimaiyyətinə
“ ermənilərin soyqırımı”
kimi təqdim olundu. Necə deyərlər yanan da biz olduq,
yaman da. Çünki o zaman hakimiyyətdə olan A. Mütəllibov kimilərinin istəyi
belə idi. Özünü müdafiə
üçün silah-
sursat toplayan xocalılara mane olanların əmri bu idi ki,
Dağlıq Qarabağda
iştişaşlar törədərək
şovinist hərəkət
edən ermənilərə
toxunulmasın. Qeyrətli
oğulların etiraz səsləri isə elə ermənilərin əli ilə susdurulurdu. Çünki Moskvadan gələn əmrlər belə idi. “Azərbaycan” qəzetinin 22 fevral 1997- ci il tarixli
sayında “Vəzifə
qurbanları “ adlı
bir yazıda xocalılılar adından
Ayaz Mütəllibova göndərilən teleqramdan
söz açılır.
Teleqramda deyilirdi:”Xocalıda vəziyyət getdikcə gərginləşir,
yol kəsilib, camaat aclıq çəkir, “Alazan” yağışlarının ardı-arası kəsilmir, insan tələfatı var. Əgər siz həqiqətən Qarabağı satmamısınızsa
oğlunuzu göndərin
Xocalıya. Onda biz bilərik ki, həqiqətən Azərbaycan dövlətinin
rəhbərliyi və
prezidenti Qarabağın
bütövlüyünü istəyir”.
Elə o yazıda deyilir
ki, Bakı rəhbərliyi yatır, Rəhim Qazıyev isə təbərə papağını başına
qoyaraq heç nəyin fərqinə varmadan papirosu papirosun oduna yandırırdı. Bu, o zamanlar idi
ki, Yerevanın Teatr meydanında keçirilən mitinqlərdə
belə fikirlər səslənirdi: “Erməni
təbliğatı artıq
özü üçün
istənilən mövqeyi
tutub”. Roma papası II Pavel isə Xocalı qırğınını dinlərin
vuruşması adlandırır,
“mübarizədə qurban
gedən xristianların
qəbrini ziyarət edəcəyini” bildirirdi.
Artıq 15 ildir ki, fevral ayının
26-da törədilmiş Xocalı
faciəsində qətlə
yetirilən soydaşlarımızın
xatirəsini yad edirik. Nə yaxşı ki,
ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətləri sayəsində
indi dünyanın bir çox ölkəsində faciənin
ildönümü qeyd
olunur, tədbirlər
keçirilir, erməni
təbliğatına inanan
dünya ictimaiyyətinə
əsl qatil- erməni daşnakları barədə məlumatlar verilir. Artıq Azərbaycanın hüquq-mühafizə orqanları
tərəfindən Xocalı
qırğınlarını törədənlər barədə
cinayət işi qaldırılıb. Vaxt gələcək xəyanətkarlar
cəzalarına çatacaq,
qanun qarşısında
cavab verməli olacaqlar.
İki sahil.-2007.-16 fevral.-S.4.