Xocalı
faciəsindən 15 il ötsə də...
Faciəmizi əks etdirən sanballı əsərimiz varmı?
Əlibala
Hacızadə":
"Ziyalılarımız hələ özünə
gələ bilməyib"
Düz 15
il bundan
əvvəl Xocalı
şəhəri yerlə
yeksan edildi. Düz 15 il
bundan əvvəl bir millət olaraq mənliyimiz tapdalandı. Ancaq bu 15 ildə
faciəmizi əks etdirən sanballı, dünya səviyyəsinə
çıxarıla bilən
bədii əsər, bədii, yaxud sənədli film ortaya qoya bilməmişik.
Ziyalılarımız belə düşünür.
Milli Məclisin Mədəniyyət məsələləri
daimi komissiyasının
sədri Nizami Cəfərovun sözlərinə
görə, hələ
ki, ciddi bədii əsər, bədii film yaranmayıb":: "Bu, bizim qüsurumuz sayıla bilər. Fikrimcə, bədii əsərlərdən
- povest, roman, hekayədən
- daha çox publisistik yazılar olmalıdır. Ancaq bu publisistik yazılar müasir dünyanın qəbul edəcəyi texnologiyalara uyğun olmalıdır. Xüsisilə faciəni vizual görüntülərlə çatdıran
filmlərə ehtiyacımız
var. Özü də çəkilən filmlər
Xocalıda baş verənlərin ümumbəşəri
faciə olduğunu göstərməlidir. Yaxşı olardı
ki, yalnız Xocalı faciəsini əks etdirən əsərlərə, filmlərə
xüsusi vəsait ayrılsın. Əminəm ki, Xocalı faciəsi bədii publisistik düşüncə
səviyyəsində kifayət
qədər dərk olunur və ifadə edilə bilər. Yaxşı bədii, sənədli
film çəkmək üçün
yaxşı vəsait
tələb olunur".
Millət vəkili hesab edir ki,
müharibə dövrü
ədəbiyyatı müharibə
dövründə də
yaradılmalıdır"::
"Amma bu cür faciələrin fonunda əsərlər yaratmağın vaxtı çatıb. Faciədən
15 il keçib
və bu, az vaxt deyil.
Müasir sürətli
dünyada gözləmək
olmaz ki, 20-30 il keçsin,
sonra əsər yaradaq. Bu əsərlər
indidən yazılmalı,
yaranmalıdır. Bəlkə də
bunun üçün
müsabiqələr elan
edilməlidir". N.Cəfərov
hesab edir ki, bədii ədəbiyyatın özündə
durğunluq əmələ
gədib, ədəbiyyatın
bu cür məsələlərə reaksiyası
korşalıb, daha neytral mövzular üzərində işlənilir":: "Qarabağa aid ayrı-ayrı əsərlər
var. Ancaq bunlar üzərində o qədər
də dərindən,
peşəkarcasına işlənilmiş
əsərlər deyil".
Heydər Əliyev Fondunun
faciəni işıqlandırmaq
və dünyaya çatdırmaq üçün
kifayət qədər
səviyyəli işlər
gördüyünü dilə
gətirən millət
vəkili hesab edir ki, bu
sahədə vəziyyət
o qədər də acınacaqlı deyil.
Bəstəkar Faiq Sücəddinov isə hesab edir ki,
1990-cı ildən bu yana Qarabağ müharibəsini, Xocalı
faciəsini əks etdirən kifayət qədər sənədli
film, mahnı, oratoriya,
simfoniya yaradılıb":: "Hər il Sərhəd Qoşunları vətənpərvərlik
mövzusunda musiqi müsabiqələri keçirir.
Elə mənim "Vətəndən
pay olmaz" mahnım
vətənpərvərlik mövzusundadır. Jurnalistlərimiz yazır, ölkə Prezidenti danışır.
Xocalı faciəsi ilə
bağlı internet portalı
var. Heydər Əliyev
Fondu tərəfindən
müxtəlif dillərdə
broşürlər, kitablar
yayılıb. Sadəcə olaraq bunları Azərbaycandan kənarda yaymaq lazımdır.
Çünki biz özümüz-özümüzü,
faciəmizi tanıyır,
bilirik. İndi o vaxtdır ki,
bunları sərhəddən
kənarda, tribunalardan
deyək". F.Sücəddinov
Azərbaycanda Xocalı
faciəsi daxil olmaqla Qarabağla əlaqədar əsərlərin
də yarandığını
düşünür"::
"Məsələn, Ceyhun
Mirzəyevin filmini göstərə bilərəm.
Düzdür, bu film azərbaycanlıya
məxsusdur, amerikalı
başa düşməz.
Başqa
ölkələrdə sənədli
filmlərimizi, müharibə
lentlərimizi, fotoşəkilləri
göstərmək lazımdır".
Sovet dövründə
məşhur trilogiyası
milyon tirajla çıxan Əlibala Hacızadə də düşünür ki, hələ Xocalı faciəsini əks etdirən sanballı əsər yaranmayıb":: "Çünki o elə bir dəhşətli
hadisədir ki, ziyalılarımız, qələm
sahiblərimiz hələ
də özlərinə
gəlməyiblər. Həm
də ədəbi qayda-qanun var ki, belə faciələrin
üstündən 40 il keçəndən
sonra yaradılır. Ancaq bu 15 ildə belə bir qənaətə
gəlmişəm ki,
bir çox şeylərdə olduğu
kimi bu sahədə
də çox gecikmişik. Hələ dünyaya
Xocalı faciəsini soyqırım kimi tanıtdıra bilməmişik.
Təsəvvür edin
ki, ermənilər özlərindən soyqırım
düzəldib dünyaya
car çəkirlər, ancaq
bizim əlimizdə kifayət qədər faktların olmasına baxmayaraq bir iş görə bilməmişik. Elə
bu özü bizim faciəmizdir".
Üç nöqtə.-2007.-24 fevral.-S.7.