Tural

 

Xocalı faciəsinə aid muzey yaradılmalıdır

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Qaçqın Məcburi Köçkün Gənclər Təşkilatı (AQMKGT) Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı "dəyirmi masa" keçirdi. AQMKGT-nin "Qarabağın azərbaycanlı gənclər icması" Beynəlxalq İctimai Birliyinin sədri Vüqar Qədirov son 1 əsrdə xalqımızın yaşadığı erməni sindromundan, onun dəhşətli nəticələrindən bunun hələ davam etməsindən danışdı: "Xocalı faciəsinin dünyada analoqu olmasa da, hələ lazımi səviyyədə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmayıb ona yetərincə hüquqi qiymət verilməyib". V.Qədirov onu da vurğuladı ki, bugünkü Azərbaycan gəncliyinin qarşısında duran əsas vəzifələrdən biri ermənilərin törətdiyi Xocalı soyqırımını digər faciələri müxtəlif vasitələrlə dünya ictimaiyyətinə çatdırmaqdır: "Ermənilər bu faciəni əks etdirən şəkillərdən öz mənafeləri üçün istifadə edirlər. Biz həmçinin millət vəkillərinə müraciətlər göndərmişik. Yəni bu günə kimi Xocalı soyqırımına hüquqi qiymət verilməyib. Milli Məclis bu faciəni soyqırım kimi tanımadığına görə Türkiyə parlamenti bunu qəbul etmir". Təşkilat sədri Xocalı ilə bağlı böyük bir muzeyin yaradılmasını da vacib saydı: "Ramil Səfərovun qətlə yetirdiyi erməni üçün muzey yaradılıb bunu əcnəbilərə millətimizin vəhşiliyinin sübutu kimi göstərirlər. Halbuki hər şey əksinədir". V.Qədirov daxildə təbliğatın güclü aparılmasını vacib bildi. O, Qarabağdan yazan jurnalistlərin dövlət tərəfindən mükafatlandırılmasını istədi: "Təşkilatımız faciə ilə bağlı 3 dildə olan kitab hazırlayır. Burada Qərbi Azərbaycanda işğal altında olan torpaqlardakı tarixi abidələrimizə əsas yer verilib". Gənclər İdman Nazirliyinin nümayəndəsi Vüqar Əhmədov Azərbaycan əhalisinin 66 faizindən çoxunun gənclər olduğu üçün təbliğat işində onların üzərinə daha çox vəzifə düşdüyünü dedi: "Nazirliyimiz faciə ilə bağlı silsilə tədbirlər keçirir. Təəssüf ki, oradakı qurbanların sayı ilə əlaqədar dövlət orqanlarında konkret sənəd yoxdur. Bu faciəyə biz əvvəlcə daxildən qiymət verməliyik ki, beynəlxalq aləmin bu cür məsələlərə diqqəti artsın".
   

 Həftə içi.-2007.-23 fevral.-S.2.