Əliyeva E.
Mədəniyyət mənəviyyatın
açarıdır
Kollektivimizdə növbəti
toplantı keçirilirdi.
Toplantıda kitabxana sisteminin bütün filialının nümayəndələri,
eyni zamanda şəhərin müxtəlif
mədəniyyət ocaqlarında
çalışan bir
sıra başqa işçilər iştirak
edirdilər. Söhbət ölkə başçısı
cənab İlham Əliyevin mədəniyyətin
inkişafına qayğı
və diqqətindən
gedirdi. Çox adam danışdı, çoxlu xoş işlər yada salındı.
Son illərdə Gəncədə görülən
tədbirləri saymaqla
qurtarmaq olmur. Cənab İlham Əliyevin təşəbbüsü
ilə Comərd Qəssab türbəsi bərpa edilib. Cavad xanın məzarı üzərində
milli ornamentli məqbərə uçalıb.
Nizami Gəncəvinin
məqbərəsində təmir-bərpa işləri aparılıb. Şəhərdə
neçə-neçə
memarlıq abidəsi yenidən qurulub. Ulu diyarın tarixini əbədiləşdirən
guşələr yaradılıb.
İndi söhbət beş yüz yerlik konsert-tamaşa zalının inşasından,
"Bakı" kinoteatrının
və Gəncə filarmoniyasının bərpasından,
İmamzadə kompleksinin
əsaslı təmirindən
gedir.
Elm və biliyin məbədi sayılan kitabxanalar əsla unudulmur. Latın qrafikalı əlifbaya keçməklə
əlaqədar müvafiq
ədəbiyyat çatışmırdı,
fondlarda kasadlıq yaranmışdı. Ölkə
başçısı cənab
İlham Əliyev 12 yanvar 2004-cü ildə
"Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında" sərəncam
imzaladı. Bununla da bir sıra
lüğət və
ensiklopediyalar, xalq ədəbiyyatı örnəkləri,
klassik və müasir Azərbaycan və dünya ədəbiyyatı nümunələri
latın qrafikası ilə çap olunaraq ölkə kitabxanalarına pulsuz paylanıldı. Elə buna görə
bizim kitabxana sistemi üzrə indiyə kimi 171 adda 20 min nüsxədən
artıq yüksək
çap keyfiyyətli
ədəbiyyat gətirildi.
Mən hələ şəhərdəki ali,
orta ixtisas və ümumtəhsil məktəblərinin aldıqları
kitabları demirəm.
Heç şübhəsiz,
çox böyük mənəvi sərvətdir.
Prezidentin bu əvəzsiz
töhfəsi ilə mədəniyyət ocaqlarının
fəaliyyəti xeyli canlandı. İndi oxucular böyük həvəslə kitabxanalara
gəlir, maraqlandıqları
ədəbiyyatı tapıb
oxuyurlar.
Ölkə həyatının
bu mühüm sahəsinin günün tələbləri səviyyəsinə
qaldırılmasına
xüsusi qayğı
və diqqət göstərilir. "Mədəniyyət,
gənclər və idman müəssisələrində
çalışan işçilərin
əməkhaqqının artırılması
haqqında" 22 yanvar
2007-ci il tarixli sərəncamı bu qayğı və diqqətin parlaq nümunəsidir. Onu da deyim ki,
son iki ayda
ikinci dəfədir ki, bizim maaşlarımız
yüksəlir. Üst-üstə götürüləndə
artım 50 faizdir. Söhbət təkcə maddi cəhətdən getmir. Bizi ən
çox fərəhləndirən
odur ki, ölkə başçısı
sadə əməyimizə
yüksək qiymət
verir.
Toplantıda çıxış
edənlər yekdilliklə
dedilər ki, cənab Prezidentin bu qayğı və köməyi bizi daha yaxşı
işləməyə ruhlandırır.
Bütün Azərbaycan xalqı
kimi, biz - Gəncənin mədəniyyət
işçiləri də
ölkə başçısının
daxili və xarici siyasətini ürəkdən dəstəkləyir,
müstəqil Azərbaycanın
rifahı naminə cənab İlham Əliyevə yeni-yeni uğurlar arzulayırıq.
Azərbaycan.- 2007.- 1 fevral.- S. 4.