Fransa Senatı
sədrinin adından ziyafət
Xəbər verdiyimiz kimi, yanvarın 30-da Parisdə Fransa Senatının sədri Kristian Ponsölenin adından Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə
ziyafət verilmişdir.
Dövlətimizin başçısı
İlham Əliyev Fransa Senatına gəldi. Burada Azərbaycanın və Fransanın dövlət bayraqları asılmış,
fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə
raport verdi.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Fransa Senatının sədri Kristian Ponsöle böyük hörmət və ehtiramla, səmimiyyətlə
qarşıladı.
Azərbaycan Prezidenti və Fransa Senatının sədri fəxri qarovul dəstəsinin qarşısından
keçdilər.
Sonra Fransa Senatının sədri Kristian Ponsölenin adından Azərbaycan Prezidentinin və xanımının şərəfinə
ziyafət verildi.
Senatın üzvləri
Prezident İlham Əliyevə, Azərbaycan
nümayəndə heyəti
isə Fransa Senatının sədrinə
təqdim olundu. Fransa Senatının sədri və Azərbaycan Prezidenti ziyafətdə nitq söylədilər.
Xalq qəzeti.-2006.-2 fevral.-S.2.