Moskva Musiqili Miniatür Teatrı Bakıda çıxış edib

 

Bəşir Səfəroğlu adına Moskva Musiqili Miniatür Teatrının Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində debüt çıxışı olub. Teatrın direktoru, Xalq artisti Afaq Bəşirqızının rəhbərliyi ilə teatr kollektivi "Qafqazlıların Rusiyadakı sərgüzəştləri" tamaşasını nümayiş etdiriblər. Aleksandr Şarovskinin quruluşunda hazırlanan tamaşada Afaq Bəşirqızı, Emil Tasirov, Eldar Bağırbəyov başqaları çıxış ediblər.

A.Bəşirqızı tamaşanın uğurlu yekunlaşdığını teatrın kollektivinin bundan sonra vaxtaşırı Bakıda çıxış edəcəyini bildirib. Bir neçə gündən sonra yaradıcı heyət İsrailə səfər edəcək.

 

Kaspi.-2007.-14 fevral.- S.17.