Zülfüqaroğlu Ə.
İsfahan
mədəniyyət günləri basladı
Tədbir 4 gün davam
edəcək
Azərbaycanda İsfahan
mədəniyyət günləri keçirilir. Qeyd edək
ki, 4 gün davam edəcək tədbir Bülbülün ev muzeyində
təşkil olunub.
Tədbiri giriş
sözü ilə açan tarix elmləri doktoru Şahin Fazil
bildirdi ki, İsfahan Təbriz və Qəzvindən sonra
Səfəvilər dövlətinin 3-cü paytaxtı olub. Belə
bir böyük şəhər islam dünyasının
mərkəzidir: "Bu münasibətlə İran İslam
Respublikasından bir neçə əl işləri
üzrə sənətkarlar ölkəmizə təşrif
buyurub. Onlardan Əsgər Denasdian, Əsgər Fuladigar və
digərlərini qeyd etmək lazımdır". İranla
Azərbaycan arasında olan isti münasibətlərə toxunan
adıçəkilən ölkənin Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri
Əfşar Süleymani qeyd etdi ki, belə sərgilər ildə
bir dəfə yox, hər gün keçirilməlidir: "Bu,
siyasi yox, mənim ürəyimdən gələn səmimi
sözlərdir. Bizim Azərbaycan xalqı ilə çox yaxın
münasibətlərimiz var. Arzu edərdim ki, Azərbaycanın
mədəniyyət günləri də hər gün
İranda keçirilsin. Amma bu yenə də
azdır. Çünki
Azərbaycan yeganə
ölkədir ki, İrana daha yaxındır. Bu ölkə qədər bizim ikinci bir
dostumuz yoxdur. Əslində kino lıəftəsi, mədəniyyət
həftəsi və digər
bu tipli tədbirlər o ölkələr üçündür
ki, onlar bir-birindən uzaqdadırlar.
Amma biz 700 kilometrdən artıq
sərhədimiz olan, könüllərdə isə bu sədd
olmayan ölkələrik. Nəzərinizə çatdırım
ki, ayrıca sərgilər keçirmək o xalqlar,
ölkələr üçündür ki, onların adət-ənənələri,
mədəniyyətləri bir-birindən fərqlənir. Amma
bizdə müştərək əlaqələr, tarixi
bağlılıq,, uyğunluq mövcuddur. İnşallah,
Azərbaycan mədəniyyət xadimlərinin köməyi ilə
bu sərgiləri birgə keçirməyi də
planlaşdırırıq. Ümumiyyətlə, todbirlər
hər 2 ölkədə təşkil edilsə, daha
məqsodəuyğun olar. Qeyd edim ki, toplantılar
təkcə əl işlərimizi deyil, dil, din və bütün mədəniyyət
sahələrini əhatə edə bilər. Bir sözlə,
ölkələrimiz arasında Səfəvilər dövründən indiyə qədər uzun tarixi bağlılıq
mövcuddur. Bizim borcumuzdur ki, bunu gələcək nəsillərə
çatdıraq".
Azərbaycan Rəssamlar
İttifaqının rəhbəri Fərhad Xəlilov da
səfırin fıkirləri ilə razılaşaraq
vurğuladı ki, Azərbaycan və İran arasında
mədəni bağlılıq mövcuddur və bu,
böyük mədəniyyətin kiçik bir
parçasıdır. İsfahan bütün islam
dünyasının mədəni mərkəzlərindən
biridir və bu tədbirlər təqdirəlayiqdir".
Həftə içi.- 2007.- 8 fevral.- S. 8.