Əli Bayramlı kitabxanasına yeni kitablar verilib

 

Əli Bayramlı Mərkəzi Kitabxanasına latın qrafikalı Azərbaycan əlifbasında çap olunmuş 18 min kitab daxil olub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Əli Bayramlı Şəhər Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Rafıq Həşimov məlumat verib. Onun dediyinə görə, 2005-2007-ci illərdə kitabxanaya 18165 kitab daxil olub. Təkcə bu ilin yanvar ayında kitabxanaya 1740 kitab verilib. Kitablar əsasən elmi, Avropa və dünya klassiklərinin, o, cümlədən Azərbaycan klassiklərinin və müasir yazıçıların kitablarıdır. Kitabların çox hissəsi Milli Elmlər Akademiyası tərəfindən verilib. Eyni zamanda ABŞ, İran səfırlikləri və ayrı-ayrı müəlliflər tərəfındən də kitabxananın fonduna kitablar hədiyyə edilib.

 

Xalq cəbhəsi.- 2007. - 22 fevral.- S.15.