Milli xəzinənin varidatı artır

 

1922-ci ildə yaradılmış M.F.Axundov adına Azərbaycan Milli kitabxanası 80 ildən artıq bir zaman kəsiyində xalqımızın xidmətində dayanıb. Kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, yerli müəlliflərin xarici ölkələrdə nəşr olunmuş əsərlərini, o cümlədən xarici dillərdə işıq üzü görmüş müxtəlif çap məhsullarını toplayıb mühafizə edən bu məşhur ünvan həm milli mədəniyyət xəzinəsi dövlət kitab saxlayıcısıdır.
1939-cu ildən görkəmli Azərbaycan dramaturqu, mütəfəkkir yazıçı M.F.Axundovun adını daşıyan kitabxana ötən əsrin 60- illərindən memarlıq baxımından tarixi abid
ə kimi dəyərləndirilən əzəmətli bir binada yerləşir. Hazırda kitabxananın fondunda 4 milyon 513 min nüsxə çap məhsulu saxlanılır. 2005-ci ildə kitabxanaya 24 min nüsxə daxil olmuşdur. Oxucuların sayı 34 min nəfərə, kitabxanaya gələnlərin sayı isə 245 minə çatmışdır.
Burada 25 şöbə fəaliyyət göstərir, 350- yaxın işçi çalışır. Hazırda kitabxana 300 adda jurnal, 360 adda qəzet alır. Kitabxananın 13 zalı var. 250 yerlik oxu zalı oxuculara xidmət edir.
Xarici ədəbiyyat şöbəsi dünyanın 50- yaxın kitabxanası, universiteti elmi müəssisələri ilə əlaqələr saxlayır mübadilələr aparılır. 2000-ci ildən burada İnternet zalı açılmışdır. Dördüncü ildir ki, milli kitabxana avtomatlaşdırılmış idarəetmə sistemi ilə fəaliyyətə başlamışdır. Artıq milli xəzinəmizin elektron kataloqu elektron kitabxanası oxucuların istitfadəsindədir. Dünyanın istənilən nöqtəsindən İnternet vasitəsilə milli kitabxanamız haqqında məlumat almaq olar.

Azərbaycan
.-2007.-1 fevral.-S.7.