Mustafa M.
Kitab oxumayan millətin
kitabı bağlanar
Son dövrlərdə
kitablar az
oxunur. Təəssüf ki, bu belədir. Qloballaşan internet dünyasında, informasiya axınının
bolluğu şəraitində
istər-istəməz kitab
oxumağa adamların
nə vaxtı qalır, nə də həvəsi. İndi gənclərimiz kitabxanalardan
daha çox internetlərə üz tutur. Səhərdən axşama kimi
kompüterlərin qarşısında
əyləşərək çoxsaylı informasiyalar
alırlar. Boş vaxtlarında
isə televizora baxır, vaxtlarını müxtəlif əyləncə
yerlərində keçirirlər.
Belə bir şəraitdə kitabsevərlərin sayı
ildən-ilə kəskin
şəkildə aşağı
düşür. Ancaq bütün
bunlar o demək deyil ki, daha
heç kəs kitab oxumaq istəmir,
bir neçə ildən sonra heç kəs kitab oxumayacaq. Cəmiyyətin elə bir təbəqəsi var ki, onlar üçün
kitab oxumaq hava almaq, çörək
yemək kimi bir şeydir. Onlar günlərinin müəyyən bir hissəsini kitab oxumağa sərf etməsələr, dayana bilmir, özlərini çox pis hiss edirlər. Bundan başqa elm adamları,
müəyyən peşə
sahibləri, təqaüdə
çıxanların çox
böyük bir hissəsi boş vaxtlarını kitab oxumaqla keçirirlər.
Sovet hakimiyyəti dağılandan
sonra keçid dövründəki xaosdan,
özbaşınalıqdan, ölkənin başının
müharibəyə qarışmasından
istifadə edən vəzifə sahibləri respublikamızdakı kitabxanaların
sözün həqiqi
mənasında dağıtmağa
başladılar. Kiril
əlifbasının latın əlifbası
ilə əvəz olunması isə bu prosesi daha
da güclənidirdi. Müxtəlif kitabxanalarımızda kiril əlifbası ilə buraxılan külli miqdarda kitablar gizli yollarla aradan çıxarıldı. Paytaxtın müxtəlif
yerlərində satılmağa
başladı. Təəssüf ki, o vaxt bu
işə birbaşa cavabdeh olan Mədəniyyət
Nazirliyi məsələyə
laqeyd yanaşdı.
Kitab ticarətçilərini vaxtında
aşkar edib bu prosesin qarşısını
almadı. Nəticəsi isə çox acınacaqlıdır. Hal-hazırda paytaxtın ayrı-ayrı kitabxanalarında
uzun illərdən bəri qorunub saxlanılan kitabların heç beşdə bir hissəsi də qalmayıb. Həmin proses indi də davam
edir. Ayrı-ayrı kitabxanalardan götürülən
möhürlü kitablar
hamının gözünün
qarşısında küçələrdə
satılır. Ən
acınacaqlısı isə
budur ki, M.F.Axundov adına
Dövlət Kitabxanası,
MEA-nın əsaslı
kitabxanası da bu cür talanla
üzləşib. MEA-nın Əsaslı Kitabxanasının kitab fondu binanın zirzəmisində yerləşir.
Şəraitsizlik nəticəsində kitabların, qəzet və jurnal bağlamalarının əksəriyyəti
sıradan çıxıb.
Nəm şəraitdə
uzun müddət qalan M.F.Axundov adına Dövlət
Kitabxanasındakı minlərlə
kitablar da bərbad günə qalıb. Bir qədər sonralar
kitabxana əsaslı təmir edilsə də, artıq gec idi. Kitabxananın keçmiş müdiri
Leyla xanım təqaüdə çıxanda
mərkəzi kitabxananı
pis günə qoymuşdu. Satılan satılmış, yerdə qalan kitab, qəzet və jurnallar isə istifadəsiz hala düşmüşdü.
Təəssüflə qeyd etməliyik
ki, paytaxtın kitabxanaları üzərində
elə bu gün də Mədəniyyət və
Turizm Nazirliyinin nəzarəti çox zəifdir. Kitablar elə bir ucdan daşınıb satılır. Heç kəs
buna nəzarət etmək istəmir. Hələ keçmiş zamanlarda böyük sərkərdələr,
imperiya sahibləri əsarət altına aldıqları xalqın ən nadir ədəbiyyat,
incəsənət nümunələrini
daşıyıb öz
ölkələrinə aparırdılar.
Buna görə Azərbaycanın böyük
sənət numunələrinin
bir qismi bu gün də
dünyanın ən böyük incəsənət
mərkəzlərində, kitabxanalarında saxlanılır.
Nə qədər çalışsaq
da, onları geri qaytara bilmirik.
Elə qonşumuzu gürcülərdən
neçə ildən
bəri çalışsaq
da, Gəncə qapılarını ələ
ala bilmirik. Nizaminin, Füzulinin
bir sıra əlyazmaları və kitabları hansı yollarlasa Qərbi Avropa kitabxanalarına düşüb. Bu gün böyük ürək ağrısı
ilə bunları xatırlayırıq. Bəs görəsən
niyə başımıza
gələnlərdən nəticə
çıxarmırıq? Ölkəmizin milli müstəqillik
dövründə öz
əllərimizlə mənəvi
sərvətlərimizi dağıdırıq.
Bu cür ögey
münasibət bizdə
təkcə kitablara qarşı deyil. İncəsənət muzeylərimizdən də çox qiymətli, nadir əşyalar
xaricə çıxarılıb.
Hətta
bu işə görə məsuliyyət
daşıyanlar və
həbsxanaya düşənlərimiz
də olub. Mənəvi
sərvətlərimizi qoruyub
gələcək nəsillərə
ötürməyi bacarmalıyıq.
Çünki bu heç birimizin şəxsi mülkiyyətimiz deyil.
Mədəniyyət və Turizm
Nazirliyi isə daha böyük məsuliyyətin altındadır.
Onlar həm vətəndaşlıq,
həm də vəzifə bocu qarşısında kitabxanalarımızı,
incəsənət muzeylərimizi
qoruyub saxlamağa borcludur.
Ədalət.- 2007.- 17 fevral.-
S.3.