Nəzakət

 

“Azərbaycan bəstəkarlarının antologiyası” diski hazırlanıb

 

"Azərbaycan bəstəkarlarının antologiyası"na 91 klassik musiqi əsəri daxil edilmişdir. Azərbaycan musiqisinin görkəmli korifey sənətkarları olan Üzeyir Hacıbəyovun, Asəf Zeynallımn, Qara Qarayevin, Müslüm Maqomayevin, Fikrət Əmirovun, Əfrasiyab Bədəlbəylinin, Farhad Bədəlbəylinin və digər musiqi xadimlərinin əsəriəri diskdə yer almışdır. Adlarını qeyd etdiyimiz bu və ya digər sənətkarlarla yanaşı, gənc müasir musiqiçilərin də əsərləri "Azərbaycan bəstəkarlarının antologiyası"nda xüsusi yer tutur. Xatsrladım ki, diskin təşəbbüskarlarının ifasında görkəmli bəstəkarlar Əfrasiyab Bədəlbəyli və Müslüm Maqomayevin əsəriəri səsləndirilir. Ülviyyə xanım hər iki sənətkarın əsərlərini fortapiano üçün  işləmişdir. Əsərləri Ülviyyə Hacıbəyovanın müşayiəti ilə respublikanın Əməkdar artistləri Həsən Ənami, Töhfə Babayeva, Yeganə Axundova və eləcə də , Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri ifa edirlər. Diskə daxil olan musiqi nömrələrinin mətnlərinin müəllifləri Nizami Gəncəvi, Cəfər Cabbarlı, Yunis İmrə Rəsul Rza və başqa bu kimi klassiklərdir. Diskə daxil edilən retro və klassik əsərlər maraq doğurur.

 

Səs.-2007.-1 fevral.- S.12.