Azərbaycan oxucusu
üçün mədəniyyətə baxış
Pəncərəsi
Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Pəncərə
(Mədəniyyətə baxış)"
jurnalının bu il üçün ilk sayı işıq
üzü görüb.
Jurnal baş redaktor Günel Anarqızının "Pəncərə"ni Azərbaycan mədəniyyətinin obyektiv
göstəricisi kimi xarakterizə edən yazısı ilə açılır: "Bizim amalımız açdığımız "Pəncərə"nin həmişə yeni və təmiz ab-hava gətirməsi, gördüklərimizin oxucularımıza
da aydın və dürüst təqdim edilməsi, şahidi olduğumuz mənzərənin gün-gündən gözəlləşməsi
və genişlənib
bütün dünyanı
əhatə etməsidir".
Mədəniyyətimizin bugünkü durumundan və inkişafından söz açan nazir Əbülfəs Qarayevlə aparılan müsahibə jurnalda dərc olunan maraqlı materiallardandır.
Topluda yer
alan "Millətin bilgəni" adlı məqaləsində Qazaxıstan
şairi Oljas Süleymenov öz həyat və yaradıcılıq fəaliyyətindən
bəhs edir.
Azərbaycan musiqisini
bir sıra ölkələrdə təmsil
edən, öz dəsti-xətti ilə seçilən bəstəkar Firəngiz Əlizadənin yaradıcılığı
ilə bağlı geniş müsahibədə
müasir musiqimiz diqqət mərkəzindədir.
"Altay Sadıqzadənin
sirli manuskriptləri"ndə oxucular özünəməxsus üsluba
malik rəssamın yaradıcılığı ilə
yanaşı, onun rəsm əsərləri
ilə də tanış ola bilərlər.
Rejissor Vaqif
İbrahimoğlunun və
teatrşünas Məryəm
Əlizadənin dialoqu
əsasında "Mövsümi
düşüncələr" də jurnalın bu sayında oxuculara təqdim olunur. Yallı rəqsinin tarixi köklərinin araşdırıldığı
materialda professorlar Rafiq İmrani və Azad Nəbiyev
Azərbaycanın bu milli rəqsi barədə bildiklərini
oxucularla bölüşürlər.
Dahi rəssam, alim, musiqiçi və mühəndis Leonardo da Vinçinin
həyat və yaradıcılıq yolunun
bir çoxları üçün sirli qalan məqamları ayrıca məqalədə
öz əksini tapıb. Bakının tarixi keçmişinə
nəzər salan İlqar Fəhminin "Mənim Bakım" yazısı da maraq doğurur. Jurnalda "Aleksandr Dümanın izi ilə" XIX əsr Qafqazına nəzər salmaq, Səlim Babullaoğlunun türkiyəli
Bayerlər ailəsinə
ithaf etdiyi şeirlər silsiləsini
oxumaq olar.
"Pəncərə"də dərc olunan "Günaydın mələyim", "Təbəssümlər
diyarı - Tailand"
kimi yazılar diqqəti çəkir.
525-ci qəzet.-2007.-18 iyul.-S.7.