Tahirə
Mədəniyyətimiz
dünyada
Bu günlərdə
"Simurq" Azərbaycan Mədəniyyəti Asossiasiyasının
prezidenti alim, Dövlət İdarəçilik
Akademiyasının professoru Fuad Məmmədov Almaniyada
qeyri-rəsmi səfərdə olub. Almaniyanın Frankfurt,
Köln, Bonn, Mayns və Koblens şəhərlərində
olan professor Azərbaycan mədəniyyətinin
təbliğinə xüsusi yer ayırıb. F.
Məmmədov “Alman dalğası” radiosunda 15 dəqiqəlik
çıxış edib. Kulturologiya ilə bağlı
kitabının ətrafında qurulan müzakirələr zamanı
o, Azərbaycan və dünya mədəniyyəti, ölkəmizin
çağdaş sivilizasiya yolunda atdığı
addımlar, eləcə də
mədəniyyətlərarası dialoqda rolu və
mövqeyindən danısıb.
F.Məmmədov Bonn
şəhərində yaşayan qafqazşünas alim Yeva
Mariya Auxla görüşü zamanı Azərbaycan və
alman kulturoloqlarının əməkdaşlıq etməsi
barədə razılığa gəliblər. O, Mayns
şəhərində olarkən Sosial-Tədqiqatlar
İnstitutunda olub və səfərdən qayıdandan sonra
həmin institutdan təşəkkür məktubu almaqla
yanaşı, əməkdaşlıq etmək
üçün təkliflər alıb.
Frankfurtda Azərbaycan
Mədəniyyət Cəmiyyəti, türk diasporu ilə
görüşən F.Məmmədov onların Almaniyada
keçiriləcək Azərbaycan günlərinə
hazırlaşdıqlarının şahidi olub. Eyni zamanda diaspor
təşkilatlarımız alman mədəniyyətini daha
dərindən öyrənib bundan öz milli inkişafımız
üçün istifadə etməyi arzulayır.
Daha sonra Kölndə
olan F.Məmmədov Azərbaycan diasporunun
nümayəndələri, o cümlədən
"Zərifə ART" təşkilatı, Almaniyada
təhsil alan, azərbaycanlı tələbələr,
ziyalılar, incəsənət xadimləri ilə görüşlər
keçirib. Eyni zamanda o, "Simurq" Azərbaycan Mədəniyyəti
Asossiasiyasının Almaniyadakı nümayəndəsi,
tanınmış rəssam Əşrəf Heybətovla
görüşüb. Əşrəf Heybətovun
Almaniyanın müxtəlif şəhərlərində
böyük sərgilər keçirərək, Azərbaycan
mədəniyyətinin təbliğ etdiyini qeyd edən
F.Məmmdov hazırda onun belə bir sərgini YUNESKO-nun
qərargahında keçirməyə
hazırlaşdığını dedi. Əşrəf
Heybətov Avropada Azərbaycan Mədəniyyət Xadimləri
Cəmiyyəti yaradıb bu xətlə bir çox nüfuzlu
adamları Azərbacyana gətirə bilər ki, həmin
insanlar bizim mədəniyyətimizi sevməklə gələcəkdə
dünyaya Azərbaycan haqqında müsbət rəylər
yaya bilərlər. Fuad Məmmədov hesab edir ki, xaricdə
yaşayan və nüfuza malik olan görkəmli simalarla sıx
əlaqələr qurub və onları
dəstəkləməklə həmin adamların öz
vətəni, sosial mədəni tərəqqisi, beynəlxalq
nüfuzu üçün xidmət göstərməsinə
imkan yaratmaq olar.
O, ziyalıların,
alimlərin xaricdəki diasporalarla əlaqələrinin
sıx olmasını mədəniyyətlərin
əlaqəli şəkildə inkişafı
üçün vacib sayırdı. Alimin fikrincə, həmin
əlaqələr hansısa rəsmi
tədbirdən-tədbirə deyil, daha harmonik
şəkildə olmalıdır.
Paritet.-2007.-7-9 iyul.- S. 8.