Şeyxov Y.
Qranitdə donan musiqi
Bu il sovet
dövrünün ən nüfuzlu mükafatlar laureatı, Xalq
rəssamı, heykəltəraş Tokay Məmmədovun 80
yaşı tamam olur. Onun yaradıcılıq
bioqrafiyasının böyük hissəsi sovet
dönəminə təsadüf edib. Azərbaycanlı
sənətçilərdən SSRİ Rəssamlıq
Akademiyasına bir neçə şəxs iizv olub ki, onlardan
biri də Tokay Məmmədovdur. O, bir neçə il
əvvəl Şöhrət ordeni ilə təltif edilib
və bu onun xidmətlərinin müstəqil Azərbaycanda da
tanınması idi. Onun yaratdığı Hacıbəyovun,
Füzulinin, Nəsiminin, Əzizbəyovun, Qarayevin
möhtəşəm heykəlləri bakılılara
yaxşı tanışdır. Bu il Tokay Məmmədov hələ
ki çox az adamın görmək xoşbəxtliyinə nail
olduğu növbəti işini tamamlayıb. Həmin
əsəri görən büfün sənət xiridarlarına
ancaq həsəd aparmaq olar...
Qədim çin fəlsəfəsi
Dzen məktəbinin nümayəndələri hesab
edirdilər ki, şəkil çəkmək
üçün yox, onu görmək üçün
rəssam olmaq lazımdır. Həyatının, az qala,
yetmiş ilini yaradıcılığa həsr etmiş bir
insanın emosional yaddaşının zəngin, həyat
sınağından keçmiş, şüurun dərinliklərində
gizlənmiş hisslər, xatirələr, obrazlar, həssas
təsvirlərlə nə qədər dolu olduğunu yalnız
təsəvvür etmək mümkündür.
İdeya
cücərməyə başlayanda, gələcək işi
"görmək", nəhəng yaşam ehtiyatından
vacib detalları seçmək, bir-biri ilə bağlı olan
və ya olmayan nəyinsə hissələrini toplamaq lazım
gələndə... Bütün bunlar Tokay Məmmədovun
əllərinin zəhməti hesabına canlanır.
Sən nəyi və
necə demək istəyirsən - bunu dərk etmək
lazım gələndə...
İncəsənətin
bütün növlərində olduğu kimi heykəltəraşlıqda
da paralel iki istiqamət mövcuddur və inkişaf edir -
onlardan biri reallığın maksimal dəqiq əksinə can
atır. İkinci istiqamətin məqsədı
başqadır -şərtilik. Fərqli sənətkarlar, o
cümlədən seçdiyi istiqamətdə yaradıcılığının
ən yüksək zirvəsinə çatanlar öz
sənətlərini yaratmaqda davam edirlər.
Yalnız o
sənətkarlar qeyri-adi nəticələrə nail olur ki,
onların sənətlərini "burada realdır, orada
şərtilik" deyə dəqiq kateqoriyalara,
sərhədlərə ayırmaq qeyri mümkündür.
Sənətkar öz
ustalığı sayəsində tamaşaçının
şüuruna daxil olanda və bizim ətraf aləmə
baxış bucağımızı dəyişməyi
bacaranda sənətkarın emosional təsirinin altına
düşmüş və onun istedadı ilə idarə olunan
bizlər dünyanın təhrif olunmuş
gerçəkliyini özümünzünkü kimi qəbul
edirik. Biz dünyaya ustadın gözü ilə baxmağa
başlayırıq!
Tokay Məmmədov...
"Motsart. Rekviem"...
Təbii
ölçülərdən bir qədər böyük olan
kiçik büst. İnsan hisslərinin ən gərgin
anında sənətkar portreti... Çırpınan
sinəyə söykənmiş lələk, qəribə
şəkildə başdan aşırılmış əl,
oynaq şəkildə sinəyə tökülmüş dik
yaxalığın qatları... Görəsən bu, daş
gözlərə qığılcım saçdırmaq
necə mümkün olub?
Onlarda nə
qədər hiss var...
Bu ölü materialda
qəlbin həyəcanlarını, hətta ümidsizliyini
axıtmaq necə alınıb?
Daşı
canlandırmaq üçün nə qədər enerji, hiss,
məharət sərf etmək lazımdır?
Bəs bır
qədər çətinliklə yonulinuş məzmunu yeganə
mümkün formaya necə yerləşdirməli?
Əsərin effekti
insanı məftun edir. Bu mükəmməl
möcüzənin, ustadın daşlara öz hisslərini
ötürmək məharətinin qarşısında donub
qalırsan. Dillə demək mümkün deyil!
Hətta, ən
mürəkkəb kompüter poliqrafiyasının
köməyi ilə hazırlanmış reproduksiya belə,
Tokay Məmmədovun "Rekviem"inin səs
çalarlarını çatdırmaq iqtidarında deyil.
O, məhz
səslənir, hərçənd musiqi və
heykəltaraşlıq arasında birbaşa paralellər tapmaq
çətindir. Portretin hər bir hissəciyi
bünövrənin əsasında dayanan dərin ehtiras
haqqında danışır.
Bu həllin
tapılmasına məhz musiqi təkan verib. Və
əsərin mövzusu nəhəng musiqili ideyadan
keçərək "ətə-cana" dolur... Əlbəttə,
ənənəvi giriş, mövzunun inkişafı,
kuliminasiya və finalı olmadan... Əsərin
özünəməxsusluğu da bundadır - o kuliminasiyada
donub.
Əsərə bir
dəfə baxan kimi təlatümlü akkord, güclü
hisslər axını ilə üzbə-üz qalırsan. Bu
həm başlanğıcdır, həm də son!
Sanki "Rekviem"i
yaratmış Motsartın dünya görüşü
heykəltəraşın dünyagörüşünə
çevrilir. Ancaq Tokay Məmmədov Volfhanq Amadeyin qədim
reproduksiyalardan bizə tanış simasına necə də
amansızdır. Hətta, heç vaxt bu repraduksiyaları
görməyənlər də son zamanlar onlarla
şokoladların zərli kağızlarında tanış
olmaq imkanı qazanıblar. Onların hər birində
başı pudralı parik, qızılı parıltı
saçan dahi avstriyalı təsvir olunub. Ehtimal ki, onları
Motsartın arxada qalmış 250 illik yubileyi münasibəti
ilə istehsal etmişdilər.
Bir neçə gün
ərzində mən emalatxanada Tokay müəllimin öz
işinin yanından gah laqeydcəsinə keçdiyini, gah da
bir an dayanaraq, onu başdan ayağa süzdüyünü
və əli ilə müəyyən bir hissəyə toxunduğunu
müşahidə etdim. O hərdən təsir
gücünü artırmaq üçün əsərin fonunu,
səhəri gün isə onun yerini dəyişirdi.
Hərdən də
"Motsart" toz basmış halda üzü divara
dayanırdı. Görünür sənətkarla əsər
arasında kənar gözlə görünməsi
mümkün olmayan intimlik mövcuddur. Bəzən isə
mənəvi yaxınlıq yaradıcı həzz anları
küskünlüklə əvəz olunur. Kədərli hallar
da baş verir...
O gecələr
emalatxanada qazı söndürmürdü. Ola bilsin ki, bunu
hansısa müəyyən texniki məqsədlərlə
edirdi. Amma mənə nədənsə sənətkarın
2007-ci ilin fevral gecələrində “Motsart”ı soyuqdan qorumaq
məqsədi ilə bağlı düşüncələri
daha xoş gəlir.
"Rekviem"in
faciəvi gücü ustadın
yaradıcılığında sanki yeni mərhələnin
başlanğıcı oldu. Təltif olunmuş, hamı
tərəfindən qəbul olunmuş məşhurluq
gətirmiş hər şey arxadadır. İrəlidə
isə ancaq cəsarətli və azad yaradıcılıq...
Onun şahə
qalxdığı anda dondurulmuş, emalatxananın
yarısını tutan, atın üzərində,
göyə qaldırılmış qılıncı ilə
ağappaq buludlaradək ucalan "Koroğlu" abidəsinin
modeli sanki hamının sərvətinə çevrilmək
üçün onun sərhədlərindən kənara can
atır.
Tokay Məmmədov
üçün öz yubileyi onu təqvimdəki qeyddən,
gündəlik vacib işlərdən ayıran adi bir məfhumdur.
Onun kafedrası, tələbələri, magistrantları
və öz yaradıcılıq planları var. Çox enerjili
və həyat sevərdir. Taxta stolu döyəcləyirəm
və bu sətirləri oxuyanda hər kəsdən bunu
təkrarlamasını xahiş edirəm.
Ustada can
sağlığı və uzun yaradıcılıq illəri
arzulayırıq. Və bu qədim inancı da ora əlavə
edirik.
Mədəniyyət.- 2007.- 13 iyul.- S. 3.