Tanınmış modelyer Fəxriyyə Xələfova Rotary club of Bakunun mükafatını almışdır

 

"Rotary club of Baku international"ın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "Həyat Recensi" mehmanxanasının konfrans salonunda bu klubun mükafatının illik təqdimolunma mərasimi keçirilmişdir.
"Rotary club of Baku international"ın prezidenti xanım Racani Dmelo bir il ərzində görülən işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, klub qocalar evlərində, uşaq evlərində xeyriyyə aksiyalarının keçirilməsinə, qaçqınların stomatoloji müəssisələrdə pulsuz müalicəsinə dair humanitar layihələr, habelə Tərtər, Goranboy Füzuli rayonlarında "Minaların zərərsizləşdirilməsi layihəsi"ni həyata keçirir.
Tanınmış modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovaya "Rotary club of Baku international"ın humanitar layihələrində əhəmiyyətli bilavasitə birgə iştiraka görə" diplomu təqdim olunmuşdur.
Fəxriyyə Xələfovanın Moda Dizayn mərkəzi klub birlikdə aztəminatlı ailələrin uşaqları üçün Uşaqları beynəlxalq müdafiə günü münasibətilə birgə humanitar aksiya keçirmişlər.
Sonda F.Xələfovanın geyim kolleksiyası nümayiş etdirilmişdir.

 

Azərbaycan.-2007.-10 iyul.-S.6.