Eloğlu Z.
"Gülüstançılar" "Qüdsi" filmində çəkiliblər
"Eşidəndə
ki, Abbasqulu Ağa Bakıxanovun ədəbi yadigarı olan
"Gülüstan bu gün elmi-ədəbi məclis kimi
öz fəaliyyətini davam etdirir, bu məni hədsiz
dərəcədə sevindirdi". Azərbaycan
Televiziyası Telefilm Yaradıcılıq Birliyi istehsalat
şöbəsinin rəhbəri, tanınmış
kinotarixçi və kinematoqraf Aydın Həsəni
"Gülüstan" elmi-ədəbi məclisinin sədri
Şıxməmməd Seyidməmmədovla
söhbətində belə dedi. Və əlavə etdi ki,
"bu fakt məni filmin çəkilişi üçün
daha da ruhlandırdı. Axı, filmdə əyanilik üstünlük
təşkil edəcəkdir". Məlumat üçün
onu da bildirək ki, görkəmli kino xadimlərimizdən olan
Aydın müəllim 120-dən çox televiziya sənədli
və bədii filmini ərsəyə gətirib.
"Papaq", "Kişi sözü" və başqa
ekran əsərləri tamaşaçı marağından
düşmür. A.Həsəninin rəhbərliyi altında
A.A. Bakıxanovun həyat və fəaİiyyətinə,
ədəbi irsinə həsr edilmiş "Qüdsi"
filminin çəkilişi başa çatmaq üzrədir.
Tarixdən məlumdur ki, böyül mütəfəkkir
A.A.Bakıxanov "Qüdsi" təxəllüsü
ilə klassik ədəbiyyatımızda məşhurdur. O,
ədəbi yaradıcılığının müəyyən
hissəsini Qubanın Amsar kəndindəki malikanəsində
davam etdirib, 1835-ci ildən isə Qubada “Gülüstan”
adlı ədəbi məclisin əsasını qoyub. Qubalı
şairsevərlər artıq 170 ildən çoxdur ki, bu
ədəbi abidəni qoruyur, onun fəaliyyətini davam
etdirirlər. "Qüdsi" filmində də bu, öz
əksini tapıb. Filmin quruluşçu rejissoru Cahangir
Mehdiyev, quruluşçu operatoru Mahir Cahangirov,
inzibatçı Arif Həkimoğlu, quruluşçu
rəssam Nabat Məhərrəmova, qrim ustası Solmaz
Hüseynovadır. Filmin Qubada çəkilişi bir
neçə gün davam edib. Quba şəhərinin ümumi
görünüşü Qudyalçay ərazisi, digər
təbiət abidələri, A.A.Bakıxanovun Amsar
kəndindəki ev muzeyi, şəhərdəki
A.A.Bakıxanov adına ölkə-diyarşünaslıq
muzeyi, görkəmli maarifçi filosofun adını daşıyan
klub və abidəsi ekranlaşdırılıb. Maraqlı haldır ki, "Gülüstan" elmi-ədəbi
məclisinin üzvləri
ilə çəkiliş
şəhərdəki "Səkinə-xanım" məscidində
aparılıb. Ekranda o dövrün məclis üzvlərindən Molla Zeynalabdin, Mahmud Nafe, Hacı Şirvani, Məhərrəmov
Məriz, Əbülfət
Tuti, İbrahim Nicati kimi ədəbi
personajlar müasir
"Gülüstan"dan Qafar
Süleyman, Malik Xəlil Ağagüloğlu,
Güləli Bağban,
Pirəli Büklü,
Şıxəmməd Seyidməmədov,
Zakir Eloğlu, Zakir Teymurov, Umudşah Ağabalayev və başqalarının
ifasında ekrana köçürülüb.
Azad Azərbaycan.- 2007.- 15 iyul.- S. 7.