Bakıda Tatar xalqının milli bayramı - Sabantuy qeyd olunmuşdur

 

İyulun 15-də Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadionda tatar xalqının milli bayramı - Sabantuy qeyd olunmuşdur.
Bayram şənliyində, əvvəlcə Azərbaycan, Tatarıstan Rusiyanın himnləri səsləndirilmişdir. Sonra Tatarıstan Prezidenti Mintimer Şaymiyevin təbrik məktubu oxunmuşdur. Tatarıstan Prezidenti Sabantuyu tatar xalqının milli birliyinin rəmzi adlandıraraq, əsrlər boyu nəsildən-nəsilə keçən bu ənənələrin tatar xalqının mədəniyyətinin formalaşmasında əhəmiyyətini qeyd etmişdir.
Tatarıstanın ölkəmizdəki daimi nümayəndəsi Nail Zaripov, Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov digərləri tatar xalqını bayram münasibətilə təbrik edərək, tədbirin təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirmişlər.
Tatarıstanın mahnı rəqs ifaçılarının müşayiəti ilə keçən tədbirdə müxtəlif müsabiqələr, habelə kəndirdartma, güləş, ağırlıqqaldırma digər qədim idman növləri üzrə yarışlar keçirilmişdir. İştirakçılar, həmçinin domino dama yarışlarında bacarıqlarını sınamışlar.

 

Xalq qəzeti.- 2007.- 17 iyul.- S. 2.