Hindistanda beynəlxalq kino festivalı

 

Azərbaycanlı aktyorun

baş rolda çəkildiyi filmlə başlayıb

 

Dünən Hindistanın Nyudemi şəhərində beynəlxalq Asiya və ərəb ölkələri kino festivalı azərbaycanlı aktyorların çəkildiyi "Raami" filmi ilə öz işinə başlayıb. Bu barədə APA-ya "Yuğ" teatrından bildirilib. Məlumata görə, İranda çəkilən film Hindistan və Azərbaycanın birgə istehsalıdır. Filmin baş rolunda "Yuğ" teatrının aktyoru Kamran Yunis çəkilib. Festival iyulun 29-dək davam edəcək.

 

Yeni Azərbaycan.- 2007.- 21 iyul.- S. 8.