İntiqam H.
Dördüncü start
Beynəlxalq tələbə filmləri
festivalı
Azərbaycanda "Şərq-Qərb", "Audiovizul"
adlı film festivalları
var. Amma 2004-cü ildən
"Start" adı altında
Beynəlxalq Tələbə
Filmləri Festivalı
keçirilir. Məlumdur ki, festivalın
təsisçisi "Cinema" Gənc Kinematoqrafçılar
Mərkəzi (həm
də təşkilatçı),
təşkilatçıları isə Mədəniyyət
və Turizm Nazirliyi ilə Gənclər və İdman Nazirliyidir. Keçən il
festivalın baş sponsoru da var
idi: "Azercell" şirkəti. Digər təşkilati və
informasiya dəstəyi
(Space TV, "Kino+" qəzeti və "Azərfoto"
informasiya agentliyi) də öz yerində. Bunları sadalamaqda məqsədsiz
deyiləm. İndi
məqsədlər barədə...
Birinci Start...
Hələ heç
bir qeydiyyatdan-filandan keçməmiş "Cinema" Gənc Kinematoqrafçılar
Mərkəzi 2004-cü ildə
ilk olaraq festivalı Səməd Mərdanov adına tələbə-rejissorların
film festivalı kimi keçirməyə start verdilər.
Festivalın sponsoru, həm
də ideya müəlliflərindən biri
olan hüquqşünas
və gənc yazar Xalid Şürük
idi. Təşkilati dəstək isə
o vaxtkı Mədəniyyət
Nazirliyindən gəldi.
Ən yaxşı ssenari (İsmayıl Məmmədov)
və ən yaxşı rejissor işi (Tatyana Əliyeva) üzrə nominasiyalar təqdim edildi.
Yalnız Azərbaycan daxilində keçirilən festival uğursuz
alınmadı. Alınmadı deyəndə...
İkinci Start...
2005-ci ildə
festival bəzi xarici ölkələrin tələbə-rejissorlarına
da müraciət etdi. Azərbaycanla yanaşı türkiyəli
tələbələrin də
işləri seçim
komissiyası tərəfindən
qəbul edildi. Indi festivalın adı belə idi: Start Beynəlxalq Tələbə Filmləri
Festivalı. İkinci Startda qran-prini
türkiyəli tələbə"
Gökçe Pəhlivanoğlu
("Çıma" filminə
görə) qazandı.
Ən yaxşı bədii film üzrə birinci yeri türkiyəli Ceyhun Qarabaği, eyni nominasiya üzrə ikinci yeri azərbaycanlı tələbə Elnur Əliyev əldə etdi. Ən yaxşı sənədli
film üzrə birinci
yer boş qaldı, analoji nominasiyanın ikinci yeri isə azərbaycanlı
tələbə-rejissor Günel
Nəcəfzadəyə nəsib
oldu. İkinci Startın səs-sorağı
uzun çəkdi.
Telekanallar və yazılı
mətbuat bir ay bu festivalın mahiyyətindən danışdılar.
Amma bununla heç nə bitmədi...
Üçüncü Start...
Yenə payız
fəsli, 2006-cı il və III Start Beynəlxalq Tələbə
Filmləri Festivalı.
Həmişəki kimi jüri
heyəti tam tərkibdş
özümüzünkülərdən ibarət deyildi. Artıq beş
nəfər münsifdən
dördü xarici gənc mütəxəssis
idi. Azərbaycandan Elçin Musaoğlu, İrandan Babək Şirinsifət (Münsiflər
heyətinin sədri),
Qazaxıstandan Qaliya Eftay, Türkiyədən Əhməd Ərdal və Özbəkistandan Əyyub Şahabdinov. Iştirakçı ölkələrin sayı isə 9 oldu (Azərbaycan, Bolqarıstan, Macarıstan,
Türkiyə, İran,
Qazaxıstan, Qırğızıstan,
Özbəkistan və
Gürcüstan). Nominasiyalar da
fərqli idi. Qran-pri (Kəmalə Rzayeva - Azərbaycan), ən yaxşı bədii film birinci yer (Çavdar
Çernev - Bolqarıstan)
və ikinci yer (Mədinə İkramova - Özbəkistan),
ən yaxşı sənədli film birinci yer (İrem Pasinilgil - Türkiyə) və ikinci yer (Babək Kələntəri - İran).
Bunlar jürinin təqdim etdiyi pullu mükafatlar
idi. "Cinema" Gənc Kinematoqrafçılar
Mərkəzi isə ən yaxşı ideyaya görə türkiyəli tələbə
Hakan Gökü fərqləndirdi. Bundan əlavə
diplomlar da təyin edildi. Artıq bütün bunlar fesivalın miqyasından xəbər verirdi. Deməli, ən azından festival həqiqətən üçüncü
yarışmasında sübut
etdi ki, dayanma söhbəti yoxdur. İrəli...
Dördüncü Start...
Növbə IV Start Beynəlxalq Tələbə
Filmləri Festivalınındır.
Niyə də olmasın! Niyə də Qafqaz, Orta Asiya və
digər yaxın bölgələr üzrə
tələbələr arasında
film yarışmasının
mərkəzi Bakı
olmasın! Çünki
biz bunu artıq başlamışıq.
Bütün qüsurlara
baxmayaraq bu şansı əldən vermək zəiflikdən savayı bir şey deyil. Yalnız və yalnız irəli. Keçmişlə yalnız
öyünmək olar.
Gələcəyi isə
qurmaq lazım, əldən vermək yox. Elə söhbəti
də "Cinema" Gənc Kinematoqrafçılar
Mərkəzinin keçənilki
festivaldakı şüarını
oranjiman etməklə
bitirək: Minimum fürsətdən, maksimum
istifadə.
Kino+.- 2007.- 13 iyul.- S. 6.