Sabantuy Dünya Mədəni İrs siyahısına daxil edilmişdir
Kökü lap
qədimlərə gedib çıxan ənənəvi
Sabantuy bayramı tatar xalqının milli sərvətidir.
Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü
ilə Sabantuy YUNESKO tərəfindən Dünya
Mədəni İrs siyahısına daxil edilmişdir.
Azərbaycanda yaşayan
tatarlar öz adət-ənənələrinə
ehtiramla yanaşır
və bu bayramı hər il qeyd edirlər.
Sabantuy bu il Bakıda iyulun 15-də saat 10-da İ.Qayıbov adına stadionda (Bakıxanov qəsəbəsi)
keçiriləcəkdir.
Tatarlar və digər millətlərin nümayəndələri mahnı
və rəqslər, müsabiqələr, yarışlar,
oyunlar və özfəaliyyət kollektivlərinin
çıxışlarından ibarət xalq şənliklərində iştirak
edə biləcəklər.
Bayrama çoxlu qonaq, o cümlədən
səfirliklərin və
beynəlxalq təşkilatların
başçıları dəvət
edilmişlər.
Azərbaycan.-2007.-3
iyul.-S.4.