Mehdixanlı T.
Milli kino
sənətimizin cəfakeşlərindən biri də xalq
artisti Rasim Ocaqov olmuşdur. O, ömrünün
50 ildən çoxunu
kinokamera arxasında, bədii filmlərin çəkildiyi meydançalarda,
pavilyonlarda, mövzuya
uyğun təbiət
qoynunda keçirmişdi.
Bir dəfə də olsun "yoruldum" deməmişdi.
Qatlaşdığı əzab-əziyyətlərin uğurlu
bəhrəsini görəndə
ağrı-acıları
canından çıxar,
fərəhlənər, ürəkdən
sevinərdi.
R.Ocaqov Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdi.
1955-ci ildən ömrünün
son gününə kimi "Azərbaycanfilm"
kinostudiyasında işləmişdi.
Dövlət mükafatlarına layiq görülmüşdü.
"Bir məhəlləli
iki oğlan",
"Uzaq sahillərdə",
"Onun böyük ürəyi", "Mən
rəqs edəcəyəm"
və başqa bədii, tammetrajlı filmlərin quruluşçu
operatoru olmuşdu.
1974-cü ildən isə
quruluşçu rejissor
kimi fəaliyyət
göstərmişdi. Çəkdiyi "Qatır Məmməd",
"Tütək səsi",
"Ad günü",
"Təhminə", "İstintaq", "Həm
ziyarət, həm ticarət" filmləri dünyanın əksər
ölkələrində maraqla
qarşılanmışdı.
Bu günlərdə görkəmli kinooperatorun,
rejissorun anım mərasimi keçirildi.
Tədbirdə iştirak
edənlərin bəziləri
ilə görüşüb,
onların ürək
sözlərini eşitdik.
R.İbrahimbəyov, respublika
Kinematoqrafçılar İttifaqının
sədri:
- Rasim son dərəcə mülayim
təbiətli, zəhmətsevər
sənətkar idi. Neyləmək olar, müdriklər demiş, səksən-doxsan, bir gün yoxsan.
İnanıram ki, mərhum dostumuzdan qalan xoş xatirələr, sənət
yadigarları onun ikinci ömrünü yaşadacaq.
Ş.Məmmədova, xalq
artisti:
- Rasim müəllim milli kinomuzun korifeylərindən biri idi. Onun lentə
aldığı, mənim
də oynadığım
"İstintaq" filmi
sabiq SSRİ məkanında
ədəbi hadisə
kimi qarşılandı.
O, kino yaradıcılığını
canından artıq istəyərdi.
H.İsmayılov, xalq
artisti:
- "Həm ziyarət,
həm ticarət"
filminə çəkilməyə
dəvət alanda sevindim. Rasim müəllimin rejissor olduğunu biləndə fərəhim ikiqat artdı. O, çox sadə, xeyirxah və qayğıkeş adam idı. Gözüm daim onu axtarır. Ölümünə inanmıram.
R.Ocaqov sənədli kino sənətimizin tarixində də unudulmaz iz qoyub.
Onun vaxtilə lentə aldığı
"Bakı bu gün", "Məhəmməd
Füzuli", "Abidələr
danışır", "Dağıstanın səhnə
ustaları", "Çiçək
yağışı" qısametrajlı,
bədii-publisistik filmləri orijinallığı
ilə seçilir, həvəslə baxılır.
Onun anım mərasimində çox xatirələr söylənildi.
Son qənaət isə belə oldu: Rasim Ocaqov
həmişə bizimlə,
xalqımızladır.
Azərbaycan.-2007.-15 iyul.-S.6.