Məhərrəmova T.
Bu gün filmləri satmaq çətinləşib
Rasim Həsənov: "Bizdə prodüser mərkəzlərinin
işi maliyyə baxımından
bərbad vəziyyətdədir"
"Yeni
dalğa" prodüser
mərkəzi artıq
5 ildir ki, fəaliyyət göstərir.
Azərbaycanda ilk prodüser mərkəzi kimi fəaliyyətə başlayan "Yeni dalğa"nın əsası peşəkarlar
tərəfindən qoyulub.
Belə ki, mərkəzin bədii rəhbəri tanınmış
kinoreyissor Yavər Rzayev, baş prodüseri isə Rasim Həsənovdur.
Rasim Həsənov xaricilərin
təşkil etdiyi prodüser dərslərində
ustad dərsləri keçərək təcrübəyə
yiyələnib. Artıq
mərkəzin işçiləri
fikirlərini cəmləyərək
"Yeni dalğa"nın fəaliyyət və strategiyasını formalaşdırmaqla çoxlu
uğura imza atıblar. Prodüser mərkəzi öz işinə əsasən gəncləri cəlb edib. Kinomuzun inkişafı istiqamətində
uğur qazana biləcək gənclərə
güvənib "kinomuzun
əvvəlki şöhrətini
qaytarmaq mümkündür"
deyənlər və ümumiyyətlə, prodüser
mərkəzlərinin fəaliyyətini
milli kinomuzun inkişafına təkan verən qüvvə kimi qiymətləndirənlər
də çoxalıb. Bəlkə
də buna görə dövlət sifarişi ilə çəkilən bir çox film prodüser mərkəzlərinə
həvalə olunmağa
başlayıb.
"Yeni dalğa"nın baş prodüseri Rasim Həsənovla söhbətimizdə
kinomuzla bağlı bir çox məsələlərə toxunduq:
- Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
görkəmli Azərbaycan
dramaturqu Hüseyn Cavidin həyat və yaradıcılığından
bəhs edən "Cavid ömrü" filminin çəkilişləri
sizin Prodüser Mərkəzinə həvalə
olunub. Hal-hazırda filmin çəkilişləri hansı
səviyyədədir?
- "Cavid ömrü"
filminin hazırda pozitivdə aşkarlanma prosesi gedir. Bu günlərdə filmin montayını başa çatdırdıq.
Filmin səsini Sankt-Peterburqda yazdırmışdıq.
Montay və lentəalma işləri isə İranda yerinə yetirilib. "Cavid ömrü"nü başa çatdırmaq üçün
Bakı, İran və Sankt-Peterburq arasında qalmışıq.
Bütün bu çətinliklərə filmin
keyfiyyətli alınmasından
ötrü dözürük.
- Əgər sirr deyilsə, filmin çəkilişi üçün nə qədər pul ayrıldı?
- Filmin çəkilişindən
ötrü 660 min manat pul ayrılmışdı.
Ancaq bu pul çəkiliş prosesini
sonacan təmin eləmədi. Heç bir sponsor da kömək etmədi. Ona görə də prodüser olaraq filmin post-prodakşn xərclərini öz hesabıma götürdüm.
- Bəs
filmin nə zaman ekranlara çıxmasını planlaşdırırsınız?
- Məlum
olmayan səbəblərdən
filmin başa gəlməsi çox ləngiyir. Mənim fikrimcə, Mədəniyyət
və Turizm Nazirliyi istəsə, yaxın 10-15 gün ərzində filmin təqdimatını keçirmək
olar.
- Keçən
il Prodüser
Mərkəziniz Mədəniyyət
və Turizm Nazirliyinin gənc reyissorların film çəkilişləri
ilə bağlı elan etdiyi müsabiqədə
yer tutdu. Həmin layihə əsasında çəkilən film başa
gəlibmi?
- Həmin
layihə əsasında
hələ ötən
ildən "Qrinviç
meridianı" filmini
çəkməyə başlamışıq.
Film hazırda səsyazma prosesi ərəfəsindədir. Gənc reyissor Yusif Quliyevin çəkdiyi film Azərbaycan
gənclərinin bugünkü
həyatından bəhs
edir. Ekran əsəri əvvəlcə
yarım saatlıq nəzərdə tutulsa da, qırx beş dəqiqəlik
alındı. Mədəniyyət və Turizm Nazirliyi filmin çəkilişi üçün
30 min manat qrant ayırdı. Təbii ki,
"bəy verən atın dişinə baxmazlar". Ancaq bu vəsait çəkilişlərin
xərcini ödəmədi.
Düzdür, "Qrinviç meridianı" böyük
layihə idi. Ona görə də çəkilişi başa
çatdırmaq üçün
bu pul çatmadı.
Film" bu ayın
sonuna kimi tamamilə başa çatacaq.
- Yeni filmləri festivallara göndərməyi planlaşdırırsınızmı?
- Hal-hazırda
"Qrinviç meridianı"nın sənədlərini
payızda keçiriləcək
iki festivala göndərmişik. Eləcə də
"Keçid" filminin
sənədləri iki
festivala təqdim olunub. "Təməl"
sənədli filmi isə Yekaterinburqda keçirilən festivala göndərilib. Onu da qeyd edim
ki, keçən il öz hesabımıza
çəkdiyimiz "Keçid"
filmi Moskvada "Zolotoy vityaz" festivalında "Xalq ənənələrinin kinoda
ən yaxşı təcəssümü" prizinə
layiq görüldü.
Filmin reyissoru Yusif Quliyev, ssenaristi Kamran Qasımov idi. Bunu prodüser mərkəzinin
uğuru kimi qiymətləndirmək lazımdır.
- "Həcc" ssenarisi əsasında çəkəcəyiniz
filmin taleyi necə oldu? Deyəsən, yenə də maliyyə problemləri ilə üzləşmisiniz?
- Əlbəttə,
istənilən layihəni
həyata keçirmək
və uğur qazanmaq maliyyədən asılıdır. Həyata keçirmək
istədiyimiz bir çox layihə maliyyə çətinliyi
ucbatından ya yubanır, ya da ümumiyyətlə, həyata keçmir.
Prodüser Mərkəzinin fəaliyyətinə
daxil olan işlərdən biri də bu ssenarini
reallaşdırmaqdır. Özüm bu işin üstünə
düşmüşəm. Hazırda filmin çəkilişinə
başlamaq üçün
pul axtarılır.
"Həcc" layihəsini Mədəniyyət
və Turizm Nazirliyinə təqdim etmişik. Pul ayrılacağı təqdirdə çəkilişlərə
başlayacağıq. Bundan əlavə, layihəni Fransanın, eləcə də bir neçə
xarici ölkənin fonduna təqdim etmişik. Hələlik heç bir
soraq yoxdur. Adətən
fondlar xoşlarına
gələn layihələrə
pul ayırırlar.
Biz də cavab
gözləyirik.
- Hər
hansı filmi çəkməyə başlayanda
"Bu, mütləq festivala
göndəriləcək" - deyə qarşıya məqsəd qoyursunuz? Ümumiyyətlə, Azərbaycanda çəkilən
hər hansı film festivallar məkanına necə yol tapır?
Məncə, bu, hamını
maraqlandıran sualdır.
- Hərəsi
bir cür... Eləsi var ki, pulla,
tanışlıqla yol
tapır. Bu, əsasən keçmiş
sovet ölkələrinin
festivallarında olan bir şeydir. Onu da deyim
ki, Anapa kimi nüfuzlu festivala bizdən çox film gedib. "Bu nə filmlərdir
göndəriblər?" kimi
sözlər qulağımıza
çatırdı. Sonra bu festivalda Yavər Rzayevin "Sarı gəlin"i uğur qazandı. Sübut elədik ki,
belə filmlər də var.
- Fikirlər
var ki, festival mühitinə çıxmaq
üçün ən
əvvəl, məsələn,
- O festival hər
ilin əvvəlində
keçirilir və Avropa festivallarından qabağa düşür.
Soruşursunuz ki, filmi çəkərkən
məqsədimiz nə
olur? Düzdür, bu gün filmləri satmaq çətinləşib. Amma istənilən filmin çəkilişində bir
məna olmalıdır.
Heç
olmasa film festivala getməli və priz qazanmalıdır.
Biz də filmlərin
istehsalı zamanı qarşımıza bu məqsədi qoyuruq.
- Bizdə
kino çəkilişləri
ilə məşğul
olan prodüser mərkəzləri o qədər
də çox deyil. Çoxları bu işə
yenicə başlasa da, kinomuzun inkişafı
istiqamətində uğurlar
hiss olunur. Məsələn,
"Yeni dalğa"nın bir neçə festivalda uğurunu buna misal göstərmək olar. Ancaq bizdə prodüserin
vəzifəsinin nədən
ibarət olduğunu hələ də yaxşı bilməyənlər
var.
- Prodüserin vəzifəsi ideya və ssenaridən başlayaraq, filmin istehsalını başa çatdırmaq və satmaqdan ibarətdir. Sovet hakimiyyəti dağılandan sonra bir çox prodüser mərkəzi yarandı. Düzdür,
3-5 il bundan əvvələ qədər
bizdə prodüser mərkəzinin nə demək olduğunu bilmirdilər. Ona görə də indi prodüserlər işə sıfırdan başlayıblar. Düzdür,
dövlət filmin çəkilişləri üçün
müəyyən vəsait
ayırır. Ancaq sponsorların köməyi
olmalıdır. Bu köməkdən isə söhbət gedə bilməz. Ona görə də bizdə prodüser mərkəzlərinin işi
maliyyə baxımından
bərbad vəziyyətdədir.
Bu şəbəkədə
əsasən prodüser
kinosunu inkişaf etdirən adamlar işləməlidir. Reyissorun,
ssenaristin təbii ki, öz ambisiyaları
var. Ancaq çəkilən film müəyyən bir tamaşaçı maraqlarına
hesablanır. Bu marağı isə prodüser təmin etməlidir.
- "Yeni dalğa"
Prodüser Mərkəzinə
hədiyyə olan ilk müasir və keyfiyyətli səsyazma studiyası barədə nə deyə bilərsiniz?
- Studiyada artıq
Şamil Nəcəfzadənin
çəkdiyi "Qala"
filminin səsyazma prosesi gedir. Bunun ardınca isə "Nərimanfilm"in çəkdiyi film səsləndiriləcək.
Onu da qeyd edim
ki, mərkəz bu studiyanı İsveçrənin Xarici
İşlər Nazirliyi,
İnkişaf və Dəstək Təşkilatı
və İsveçrədə
Kinematoqrafiyaya Dəstək
Fondunun treninqində əldə edib. 50 min dollar qiyməti
olan studiyanın pulunu mərkəz mərhələ-mərhələ
ödəyəcək. Bundan sonra Azərbaycanda
çəkilən filmlərin
səsləndirilməsi üçün
xaricə aparılması
tələb olunmayacaq.
Belə bir səsyazma studiyasına malik olmaq prodüser
mərkəzi üçün
böyük yenilikdir.
Kaspi.-2007.-6 iyul.-S.16.